Sadəcə olaraq insanlıq var… 

liana2

Liana Aghajanian tərəfindən

1990-cı illərin əvvəllərində Dağlıq Qarabağ müharibəsinin getdiyi bir vaxtda mənim ailəm və mən bir çox Erməni Diasporası nümayəndələrinin etdiyi kimi İrandan əsrarəngiz və cazibəli Amerika dünyasına köçmüşdük. İran inqilabının nəticəsində zirzəmidə gecələrini yeni doğulmuş körpələri ilə keçirməli olan valideynlərim ABŞ-ya məcburən qaçmalı olsalar da, bizim yaşam tərzimizə Erməni ənənəsinin təsir etidiyi kimi, İran mədəniyyəti də təsir etmişdi.

Mənim nənə-babam Təbrizdəndirlər. Onlardan Azərbaycanlı və Erməni ailələrinin sülh içində, sanki bir ailə imiş kimi, dinc yanaşı yaşadıqları haqqında çoxlu eşitmişəm. Amma bu eşitdiklərim Los Angelesdən Bostona qədər geniş yayılmış Erməni Diasporasına məxsus özəl məktəbə getməmdən əvvəl baş vermişdi. Hər şey anidən boz rəngdən qara və ağa çevrildi. “Erməni və Türk” və ya “ Erməni və Azərbaycanlı” deyə anlayış artıq qalmamışdı. Sadəcə olaraq “doğru” və “yanlış” var idi.

Arasında paylaşılan kifayyət qədər zəngin mədəniyyətə malik iki zəngin xalq bir torpaq parçası ilə məhdudlaşmağa başlamışdı.

Diaspora nümayəndəsi olaraq, minlərcə kilometr uzaqlıqda yerləşən iki ölkənin daha çox simvolik olan ideyasına bağlı olmaq çətindir. Torpaq, müharibə və ordu sadiq qala biləcəyin yeganə anlayışlar idi. Bu anlayışları dəyişmək, Erməni mədəniyyətində Azərbaycanlılar və Türklər haqqında on-illiklər boyu beynimizə yürüdülən təsəvvürlərin üstəsindən gəlmək istəyi nəticəsində Ianyan magazine meydana gəldi.

Bəzən elə bu təsəvvürlər məni qorxudurdu. Düşünürdüm ki, sülh, barışıq və qarşılıqlı anlaşma yolunda apardığım mübarizədə yalnızam. Məni qarabasmalar bürümüşdü – mənə elə gəlirdi ki, gördüyüm işlə bağlı çoxlu nifrət məktubu ilə bombardman olacağam və ya ən dəhşətlisi – heç bir oxucunun olmayacağı idi.

Təəccüblü olsa da, düşündüyümdən də daha çox sayda və müxtəlif təbəqədən insanlarla münasibətlər yaratmağa başladım – hansı ki, insanların dəyişiklik etməyə olan yoluxucu həvəsi və ehtirası və bugünün ən effektli demokratik vasitəsi – sosial media- olmadan mümkün olmazdı.

Bunların köməyi ilə Monrealdan tutmuş Fresnoya qədər olan Ermənilər ilə – haqqında düşündüyüm zaman üzümdə geniş təbəssüm oyadan Ermənistandakı gözəl insanlarla - əlaqələr qurdum. Belə bir məqam oldu ki, Ararat dağının o biri tayında yaşayan Erməni olmayan biriləri ilə sevgi münasibətləri olan şəxslər ilə tanışmaq şərəfinə nail oldum.

Ən nəzərə çarpan və vacib əlaqələr isə, haqqında danışmadığımız və ya danışdığımız zaman haqqında pis şəkildə danışdığımız, gözlənilməz formada meydana gəldi. Global Voices Online –nın Qafqaz üzrə regional redaktoru və mənim aramda keçirilən  bir sıra audio Skype müsahibəsi nəticəsində həm bunların baş tutmasına, həm də iki tanınmış Azərbaycan bloqqerləri tanımağa və ünsiyyət qurmağa imkan yarandı.

Biri Azərbaycandan xəbərlərin və icmalın maraqlı toplusu olan Flying Carpets and Broken Pipelines adlı bloqun müəllifi Bakıdan olan regional təhlilçi Arzu Qeybullayeva idi, digəri isə Londonda yaşayan, həyata yumor hissə ilə yanaşan, bu haqda yazan və yaşadığın yerdən asılı olmayaraq yazılarında özünü tapacağın və bu yazıların oxunmağa doğrudan da layiq olan bloqun müəllifi Scary Azeri idi. Həmçinin, bu insanların arasında İstanbul universitetini yeni bitirmiş, Azərbaycan və Ermənistan mədəniyyətindən olan qadınların üzləşdiyi stereotiplərin üstəsindən gələrək bu iki ölkənin mədəniyyətlərini gözəl şəkildə birləşdirən Nigar Hacizadə var idi.

Mən Azərbaycanlıların, İranlıların və mənim kimi çoxlu İranlı-ermənilərinin qeyd etdiyi zəngin ənənəyə malik bayram Novruz haqqında yazı yazmışdım. Bir həftə ərzində yazıma sevgi və həyat dolu şərhlər yazan Erməni və Azərbaycanlı oxucular bir araya gəldilər. Onların arasında heç nifrət deyilən bir şey yox idi. Hətta bu bayram ənənəsi ilə taniş olmayanlar bizlərə da Xoşbəxt Yeni İl arzulayırdılar.

Sonra biz mətbəxə – insanları birləşdirən dünyanın ən yaxşı mövzusu toxunduq. Ən azından ona görə ki, bu iki mədəniyyət dilinə gətirdiyindən də daha çox həzz alır bu mətbəxin dadından. Pasxa Cörəyi haqqında yazılar saytda oxuduğum ən çox təbəssüm oyadan şərhlərin yazılmasına sövq etdi – bu ona sübüt idi ki, birlikdə qeyd etməli olduğumuz inanılmaz çox şey var idi.

Fulbright təqaüdçücü və jurnalist Ashley Killoughun Ermənistanda Sülh Korpusu könüllüsü olaraq təcrübəsi haqqında yazısı Erməni/Azərbaycan əlaqələrinə də yad deyildi. Belə bir şərh edilmişdi: “İstəyərdim ki, Ermənilər və Azərbaycanlılar arasında fərqlər deyil, daha çox oxşarlıqlar tanınaydı”. “Ümid edirəm ki, bu iki gözəl ölkələr arasında yaxın gələcəkdə sülh olacaq.”

Onnik Krikorianın Erməni və Azərbaycanlı ailələrinin harmoniya içində birlikdə yaşadıqları Gürcü kəndi olan Tsopi vasitəsi ilə birləşdirən müxtəlifliyi işıqlandıran layihəsi çərçivəsində yazılan digər bir yazı dəyişikliyin vasitəçisi oldu – bir Erməni yazıya link keçidi qoydu, yazıdan forumda sitat gədirdi və Gürcüstanda sülh içində yaşayan etnik Erməni və Azərbaycanlı uşaqlarının məsum üzlərini gördükdən sonra illər boyu iki mədəniyyət arasında yayılan nifrətin olub-olmamasını sual altına aldı.

Qafqazda dinc yanaşı yaşayan 3 əsas etnik qrupları görəndə fikirləşirsən ki, …. nəyə görə bu belə başqa yerlərdə ola bilmir? Daimə hansı isə fikirlər ağlından keçir, lakin bir fikir həmişə qalır… Biz nə etmişik?  

İllər keçdikcə başa düşdüm ki, bügün ətrafımızda baş verən münaqişələr sadəcə və sadəcə …. siyasi xarakter daşıyır. Biz siyasiyətçilərin oynadıqları siyasi oyunları izləyirik, insanlarımız arasında nifrətin yayılmasına izin veririk, özümüzü düşməndən qorumaq üçün daha da çox kərpic qoyur və aramızda daha böyük divarlar hörürük… və mən təkrarən soruşuram…. nişana aldığımız düşmən həqiqətən də düşməndirmi?   

[…]

Gəlin ümid edək ki, bügünün uşaqları sabahın liderləridirlər və ölkələrimizə  […] uzun illər reallıqda da sülh gələcək [link]

 
Bəli, biz bunu düzgün etmirdik, o düşündü. 

Daha çox yazdıqca, daha aydın olurdu ki, biz hamımız - Ermənilər, Türklər, Azərbaycanlılar - düşündüyümüzdən də daha çox şeyləri paylaşırmışıq. Ən sadə dildə desək, biz insan olmuşduq – bizim çoxdandan unutmuş olduğumuz bir anlayış. Bu inanılmaz təcrübənin ən gözəl hissəsi ondan ibarət idi ki, gözümüz önündə dəyişiklik vasitəçilərinə çevrildiyimizi anlamağa başlamışdıq.  

“Millətlər yoxdur”, deyə Isaac Asimov söyləmişdi. “Sadəcə olaraq insanlıq var. Və əgər biz bunu tezliklə anlamasaq millətlər olmayacaq çünki insanlıq qalmayacaq.”

Dəyişikliklər gələcək, tədricən, yavaş-yavaş, amma eyni zamanda dözülməzliyi və anlışılmazlığı yaymağa üstünlük verən insanlara da rast gələcəyik. Əsl vaxt elə indidir və gecikdirməyin heç bir mənası yoxdur. Qarşındakı şəxsi insan olaraq, hər hansı siyasətdən, ərazi sərhədindən və təbliğatdan azad və kənar şəkildə, başa düşmək üçün addım atmaq elə də çətin deyil - sadəcə olaraq bu addımı atmağa cəhd etməlisən.  
 
Liana Aghajanianın bloq ünvanı http://www.ianyanmag.com.



    follow me on Twitter









     
     

     

    Global Voices Online: Caucasus







    Share on Facebook