Ermənistan-Azərbaycan: filmlər vasitəsi ilə dialoq
Müstəqilliklərini əldə etdikdən sonra Dağlıq Qarabağ üzərində gedən hələ də həll olunmamış münaqişəni nəzərə alaraq, Ermənistan və Azərbaycan arasında informasiyanın sərbəst hərəkətinin mümkün olması mürəkkəb məsələdir. Bəs, yeni media bu boşluğu doldura bilərmi? Hər iki ölkədə getdikcə gərginləşən və güzəştə getməyən abu-havanın olması sülh quruculuğu təşəbbüslərində iştirak edən şəxslərin vəziyyətini çətinləşdirir, amma yenə də imkanlar var.
Hər iki ölkənin KİV-də əksini tapan təbliğat xarakterli və bəzən həqiqətə uyğun olmayan xəbərləri nəzərə alaraq, məlumatların alternativ mənbələrdən əldə olunmasında ciddi ehtiyac yaranır. Belə bir ehtiyac əməkdaşlıqlar doğurur və bu əməkdaşlığın bir növünü Ermənistandan, Azərbaycandan və Dağlıq Qarabağdan olan gənc jurnalistlərinin çəkdiyi qısa-metrajli filmləri vasitəsi ilə dialoqun qurulmasına yönələn Internews - Conciliation Resources təşkilatlarının birgə layihələrində tapmaq olar.
1990-cı illərin əvvəllərində Ermənistan və Azərbaycan arasında mübahisəli Dağlıq Qarabağ ərazisi üzərində qızğın müharibə gedirdi. 25 000- dən çox insan həlak olmuş, milyona yaxın isə evlərini tərk etməli olmuşdurlar.
[…]
2006-cı ildə Conciliation Resources münaqişə üzərindən körpü qoyulması məqsədi olan Filmlər vasitəsi ilə Dialoq adlı çox nadir təşəbbüsə başladılar. Təşəbbüsün ideyası Azərbaycandan və Dağlıq Qarabağdan olan gənclərə həyatları barədə qısa-metrajlı filmlər çəkərək biri-biri ilə birbaşa ünsiyyət qurmaları üçün imkan yaradılmasından ibarət idi.
[…]
Belə əməkdaşlığın nəticəsində insanların hərbi münaqişənin yaratdığı fəsadları ilə günü gündən yaşayaraq onların ümidləri, qorxuları və yumor hissləri haqqında filmlər çəkildi.
Texniki cəhətdən, film yeni və sosial medianı özündə birləşdirən yeganə layihə deyil. Amma nəzərə alsaq ki, Ermənistanın və Azərbaycanın milli televiziya kanalları biri digəri haqqında xəbərləri fərqli müstəvidən işıqlandırmaqda maraqlı deyillər, İnternet məlumatların yayılmasında və eləcə də kiçik auditoriya üçün nəzərdə tutulmuş filmləri nümayiş etdirilməsində yeganə vasitədir. Bununla belə, bütün filmlər İnternetdə mövcud deyillər. Lakin onların çoxunu onlayn olaraq tapmaq olar.
Məsələn, İnternews Ermənistanın çəkdiyi Həyatla Sovrulan filmində əvvəllər ən azı 20 000 yaxın etnik azərbaycanlıların və kürdlərin yaşadığı, 1992-ci ildə isə ermənilər tərəfindən alınandan sonra Berdzor adlandırılmış, Qarabağla Ermənistan arasında strateji marşrut sayılan Laçın şəhərində həyatdan bəhs edilir. Hazırda şəhərdə maliyyə yardımı, mal-qara və torpaq vədləri ilə buraya köçürülmüş sosial cəhətdən təmin olunmamış bir neçə minə yaxın erməni ailəsi yaşayır.
Sənədli filmdə mübahisəli şəhərdə sürülən həyatın nə qədər qəmli olması dolğun və dəqiq göstərilir. Halbuki, Ermənistan bu şəhəri sülh sazişinin mövcud olduğu təqdirdə Qarabağla əlaqələrinin saxlanmasında əhəmiyyət daşıdığını düşünür. Filmin əvvəli çox təsirlidir, və başladığı kimi, Bakıdan olan qaçqının Azərbaycanının paytaxtında yaşayan keçmiş qonşularından aldığını məktubunun oxuması ilə bitir.
[Həyatla Sovrulannın ikinci hissəsi buradadır]
Yenə də İnternews Ermənistanın çəkdiyi Vətəndaşlıq:qaçqınlar filmində diqqət mərkəzində hər iki ölkənin subyektiv tarixlərində böyük mədəni irsə malik olan və ermənilərə Şuşi adı ilə tanınan Şuşa şəhəridir. Müharibənin başladığı vaxtda burada yaşayanların çoxu azərbaycanlılar idi, hazırda isə 1990-cı illərdə Bakıdan və digər yerlərdən köçməyə məcbur olmuş 2000 yaxın etnik erməni qaçqınları məskunlaşıb.
[Vətəndaşlıq: qaçqınların ikinci hissəsi burada, üçüncü hissəsi isə buradadır]
Eyni zamanda, münaqişə xəttindən digər tərəfdə İnternews Azərbaycanın çəkdiyi filmdə Şuşadan olan məcburi köçkünlərin həyatından bəhs edilir. Filmdə əsasən Musa adlı uşağın həyatına və düşüncələrinə yer verilir. Baxmayaraq ki, Musa Ermənistan və Azərbaycan arasında gedən müharibə zamanı deyil, müharibədən sonra anadan olub, filmdə müharibənin 16 il keçməsindən sonra belə məktəbliləlirin yaddaşında necə dərin iz buraxdığı göstərilir.
[Musa ilə ikinci hissə buradadır]
Bununla belə, hər bir sənədli filmdə ermənilərin və azərbaycanlıların nə vaxtsa birlikdə sülh şəraitində yaşamaları barəsində hər iki tərəfin xatırlmaları məqamları var. Amma münaqişənin fərdi, insanlar arası ünsiyyət çərçivəsində həll oluna bilməsi imkanlarının olmasına baxmayaraq, heç bir tərəf güzəştə getmək istəmir və göründüyü kimi, yenidən müharibə olursa biri-biri ilə savaşmağa hazırdır.
Hər halda, Dalğa Gənclər Hərəkatının üzvləri haqqında filmdə Azərbaycanda demokratiya ilə bağlı problemlər göstərilir. Amma gənclərdən Ermənistanla sülhün olması barədə soruşduqda, onlar barışdırıcı mövqe tuturlar. “[…] Təəssüf olsun ki, hər iki ölkədə düşmən stereotipi köklərin salıb və daha da dərinləşməkdədir - deyə bir gənc gadın söyləyir.”
[…]Sülhə nail ola bilmək üçün buna son qoyulmalıdır […]”.
Hər bir film münaqişəyə tərəflərin münaqişəyə öz baxışı nöqtəsindən baxsa da, onlar bir tərəfin digər tərəfə öz mövqelərini ötürülməsində mühüm rol oynayırlar. Bununla belə, izlənmə vaxtı ilə məhdudlaşan bu filmləri çox az insan izləyib. Internews Ermənistanın saytındakı YouTube videolarının izlənmə sayı hər bir film üçün 12 ay ərzində on-yüz arası olaraq dəyişir.
Vaxt məhdudiyyəti olduğu üçün filmlərin uzunluğu kəsilməli olur və belə hal arzuolunmazdır. Bu da video hostinq saytlarının alternativ variantlarında ehtiyac yaradır. Hazırda DotSub adlı video hostinq saytı var, bu da eyni mənbədəki faylın bir heçə dilə subtitrlərlə müşahidə edilərək tərcümə olunmasına imkan verir. Ən əsası isə, belə hal onun göstəricisidir ki, yeni və sosial medianın strategiyası daha aydın şəkildə işlənməlidir.
Düzdür, bu video filmlər Vimeo-də tam versiya üzrə yükləniblər, amma İnternet sürətinin Ermənistanda və Azərbaycanda zəif olması onların baxılmasını çətin edir. İzlənmə sayları da bunun nəticəsi olaraq çox azdır; filmlər çəkildiyi vaxtdan bir neçə ayda cəmi iki dəfə izləniblər.
Global Voices Erməni-Azərbaycan münaqişəsində yeni və sosial medianın istifadə edilməsinə nəzarət etməyə davam edəcək. Münaqişələr barədə xüsusi buraxılış səhifəsi ilə burada tanış olmaq olar.
—
This post is also available in English, Russian, and Spanish.
- Published:
- 08.19.10 / 7pm by Onnik
- Category:
- Armenia, Arts & Culture, Azerbaijan, Conflict Voices, Issues, Nagorno Karabakh, Opinion


No comments
Jump to comment form | comments rss [?] | trackback uri [?]