Sleeping with the Enemy
By Reader in Baku
Prologue
I click a link on Facebook posted by a friend. It takes me to news published in an unfamiliar media outlet. “Azeri girl…love with ….Armenian….Disgrace…. Azerbaijan in shock…..”.
I read on… a love-affair between an Armenian and an Azeri girl studying in London. As far as we know, an Azeri girl, apparently the daughter of one sinister, pardon, minister. But did the media conduct a social survey? How can someone assess the whole country being in shock? What is the barometer of disgrace?
My neighbor who can never forgive himself if he misses any news on TV did not hear about this “shocking” news. The gossip women in the business center who know the latest snippets about everyone’s life are silent about the “disgrace”. My friends, some of which are moderate nationalists and jump at this kind of news, are not aware of this “treacherous” love-affair.
Clear. Mediocre media strategy. Mediaeval media tactics.
Media evil.
———
In every civilization politics has always been engaged in the manipulation of minds, provocation of the crowd, and speculation when it comes to ‘news.’ And the mediocre media was the direct tool to achieve it.
And the media in both Armenia and Azerbaijan are of this kind. They have always been trying to depict an ugly image of the other and agitate hatred and bias among the masses. The use of the “enemy factor” in the media is especially an enticing “shockonator” for nationalists in both countries, showing that Azeris cannot stand Armenians and vice versa.
As for shock and disgrace, there is a big question in my mind as to what shock and disgrace this love-affair represented. There are many other things in both countries that are a total disgrace, starting with corruption, through human rights violations, and ending with an outdated mentality.
And while I can consider the possibility of this love-affair happening, I question whether it could shock the whole of Azerbaijan. Objectively speaking, there are many people from Armenia and Azerbaijan who meet, befriend and fall in love with each other. Following the logic of the media, Armenia and Azerbaijan should have fallen into a state of stupor long ago.
Politics and media. The two helpmates in propaganda. But as every harmful thing with side effects, they do also. By trying to stop people from communicating with each other, they make people want to do so even more. And as old it sounds, the forbidden fruit is always sweeter.
Putting Emotion in Motion
Negotiation, reconciliation, arbitration, mediation …. all possible “tions” have been used and misused in attempts to achieve peaceful dispute resolution.
Peaceful means resorted to a) on a high-officials level and b) by males in conflict resolution have proven to be less practical, if not at all, so far. Take almost any dispute and there is a clear picture how these pointless “tions” are just a gambit move in the political game aimed at masking the real intentions of some of the third parties involved in resolution (=interested in fueling) of the conflict.
International organizations and other third parties with “noble” intentions may bang their heads against brick walls trying to end the conflict peacefully, but as someone who is non-political, non-media, but practical, I can say that there would be a huge difference and impact in terms of progress if the following factors were taken into account:
venue of where the conflict is being solved;
tools used in negotiations;
actors involved in the settlement of the conflict
In other words, shifting the focus from the round tables to a more human and personal level. In fact, ordinary people in Armenia and Azerbaijan have discovered this truth already. Besides sharing the same culture, dreams, and toasts, some also share friendships and even romance.
Epilogue
Always question what you read. Especially in the media. Of both countries.
And do not waste you time trying to spread the word.
Spread the love instead.
Everywhere.
Düşmənlə sevişərkən
Bakıda Oxucu tərəfindən
Proloq
Facebookda dostumun qoyduğu linki görürəm. Bu link məni tanımadığım bir mətbuat nəşrində çap edilmiş xəbərə gətirib çıxarır. “Azərbaycanlı qız…. sevgi məcarası…. Erməni ilə…. Biabırçılıq…. Azərbaycan şokda….”
Oxumağa davam edirəm. Londonda təhsil alan Azərbaycanlı qız və Erməni arasında sevgi məcarası. Bildiyimizə görə, nazir statusunda olan bir şəxsin qızı. Bəs, necə olur? Xəbəri yayan mətbuat sosial sorğu keçirib məgər? Bütün ölkənin şokda olmasını necə təyin etmək olur? Biabırçılığın ölçü vahidi nədir?
Televiziya xəbərlərini heç bir zaman qaçırmayan (və qaçırırsa, özünü bağışlamayan) qonşum bu “şok” xəbər barədə heç nə eşitməyib. Biznes mərkəzindəki qiybət qırmağı xoşlayan və kimin həyatında nə baş verdiyini hamısından əvvəl bilən qadınlar bu “biabırçılıq” haqqında hələ heç nə deməyiblər. Bir növ milliyyətçi olan və oxşar xəbərləri əllərində bayraq edən dostlarım bu “xain” sevgi-məcarasından heç xəbərləri yoxdur.
Hər şey aydındır. Gözə çarpmayan mətbuatın strategiyası. Mətbuatın orta əsrləri xatırladan taktikası.
Xeyirdən çox ziyan vuran mətbuatın işləri.
———
Tarixlər boyu siyasət daimə şüürları təhrif etməklə, kütləni qıcıqlandırmaqla və “xəbərlərə” gəldikdə özünün xeyrinə olacaq fərziyyələr yürütməklə məşğul olub. Və gözəçarpmayan mətbuat da buna nail olmaq üçün birbaşa silah olub.
Ermənistan və Azərbaycan mətbuatını da bu növ mətbuata aiddir. Onlar həmişə bir-birini eybəcər şəkildə təsvir etməyə, insanlar arasında nifrəti və kini oyatmağa çalışırlar. “Düşmən faktoruna” əl atmaq isə xüsusən də hər iki ölkənin milliyyətçiləri üçün cazibəli “şkonatordur”. Bu faktorun vasitəsi ilə Azərbaycanlıların və Ermənilərin biri-birini necə həzm edə bilmədiklərini göstərmək çox asandır.
Şoka və biabırçılığa gəldikdə, ağlım kəsmir - bu sevgi məcarası nə dərəcədə şok və ya biabırçı ola bilər. Hər iki ölkədə şoka salan və biabıredici o qədər hallar - korrupsiya, insan hüquqların pozulması, geridə qalmış mentalitet - olduğu bir vaxtda, sevgi məsələsinə belə münasibət bəsləmək çox əsassız ve yersizdir.
Bu sevgi məcarasının baş verə biləcəyini danmıram. Sadəcə olaraq bu xəbərin bütün Azərbaycanı şoka saldığını sual altına alıram. Haqlı olaraq, biri-biri ilə görüşən, dostlaşan və biri-birinə aşiq olan ermənilər və azərbaycanlılar var. Mətbuatın məntiqi ilə getsək, o zaman Ermənistan və Azərbaycan çoxdan stupora girmiş olmalı idilər.
Siyasət və mətbuat. Təbliğatın aparılmasında iki köməkçi. Amma hər bir ziyanın yarı xeyri olduğu kimi, onlar da harada isə bilmədən fayda verirlər. İnsanları biri-biri ilə ünsiyyət etməsinin qarşısını almağa çalışsalar da, insanları daha da yaxınlaşdırır və ünsiyyətə girmələrinə sövq edirlər. Axı deyildiyi kimi, qadağa olunmuş meyvə daha şirindir.
Emosiyaları hərəkətə gətirərək
Danışıq, barışıq, arbitraj, vasitəçilik… münaqişənin sülh yolu ilə həll olunması üçün mümkün olan bütün vasitələr istifadə və sui-istifadə edilib.
Sülh vasitələrinə yalnız a) yuxarı (dövlət məmurları) səviyyəsində və b) kişilər tərəfindən əl atıldıqda, onlar çox az təsirli, və ya qeyri-praktik olur. İstənilən münaqişəyə nəzər yetirin və görəcəksiniz ki, bütün mümkün olan sülh vasitələri münaqişənin həllində (=münaqişənin alovlanmasında) maraqlı olan bəzi tərəflərin real niyyətlərini gizlətməyə çalışan bir siyasi oyunun qambit addımını xatırladır.
Beynəlxalq təşkilatlar və “xeyirxah” niyyətli üçüncü tərəflər münaqişənin sülh yolu ilə həll olunması üçün əllərindən gələni edirlər və bu nəticəsiz olur, lakin siyasət ve mətbuatdan uzaq olan, amma reallığı nəzərə alan biri kimi onu deyərdim ki, növbəti faktorlar nəzərə alınsaydı sülhə nail olmaq bir o qədər yaxın olardı:
münaqişənin həll olunduğu məkan;
danışıqlarda istifadə edilən vasitələr;
münaqişənin həllində iştirak edən şəxslər
Başqa sözlə, dəyirmi masa danışıqlarından daha şəxsi, insanlar-arası münasibətlərə keçmək lazımdır. Əslində, Ermənistan və Azərbaycan olan adi insanlar bu həqiqəti çoxdan özləri üçün aşkar ediblər. Eyni mədəniyyəti, arzuları, qədəhləri paylaşmaqdan başqa, onlar həmçinin dostluqda və sevgidə paylaşırlar.
Epiloq
Oxuduğunuz hər yazıya şübhə ilə yanaşıb sorğulayın. Xüsusilə hər iki ölkənin mətbuatında yazılanları.
Və bir də, dəyərli vaxtınızı sözü yaymağa sərf etməyin.
Onun yerinə Sevgini yayın.
Hər yerə və hər yerdə.
- Published:
- 08.04.10 / 3pm by Reader
- Category:
- Armenia, Azerbaijan, Conflict Voices, Media, Opinion, Society


No comments
Jump to comment form | comments rss [?] | trackback uri [?]