Nə vaxtsa həyatımda
Scary Azeri tərəfindən
Bloqumun yorumlar bölməsində ilk dəfə erməni adı gördüyüm zaman çaşbaş qalmışdım. Bu insan kim idi, nə üçün bloqunu Scary Azeri adlandıran birinə belə mehriban davranırdı. Sonradan məlum oldu ki, o regionda jurnalist kimi çalışan bir şəxsdir. İlk yorumundan bir az sonra gördüm ki, o mənim bloq yazıma link keçidi qoydu. Əlbətdə, belə tanınmama görə minnətdar idim.
Lakin link keçidi qoyulduğu bloq yazım bir az ziddiyyətli mövzu idi. Bloq yazım ölkəmdə bakirəliyin bərpa olunması haqqında idi.
Mənim ilk reaksiyam ‘nəyə görə o məhz bu yazını seçdi?’ deyə oldu. ‘Yəgin o mənim ölkəmi ən pis şəkildə təsvir etmək istəyir! Bəlkə də azərbaycanlıları lağa qoymaq üçün məndən istifadə edir?’ Bir az keçmiş başa düşdüm ki, onun belə etməsinin məqsədi insanların biri-biri ilə ünsiyyət qurdurmağa çalışaraq mümkün olduğu qədər hər yolla iki milləti daha yaxın etməkdir.
O vaxtdan bir il keçəndən sonra Scary Azeri bir çox erməni tərəfindən oxunur. Hətta elə günlər olurdu ki, mənim bloquma Azərbaycandan da çox Ermənistandan olan oxucular baş çəkirdilər. Bunun yaxşı göstərici olub-olmadığını bilmirdim – çünki hələ də Bakıya problemsiz gəlib-getmək istəyirdim!
Əgər fikirləşirsiniz ki, mən məsələni şişirdirəm, o zaman bəzi azərbaycanlıların “düşmən” ilə hər hansı bir ünsiyyətin olması barədə nə qədər paranoyalı olmasından xəbəriniz yoxdur. Bir müddət əvvəl rəfiqəmə erməni oxucularım haqqında danışdığım zaman o çox narahat oldu. Rəfiqəm söylədi ki, Bakıdan olan keçmiş erməni sinif yoldaşları onu dostlar siyahısına əlavə etdikdən sonra öz Odnoklassniki səhifəsini bağladı.
Rəfiqəmi keçmiş sinif yoldaşları ilə əlaqə saxladığı təqdirdə nə baş ver biləcəkləri narahat edirdi. O narahat idi ki, kimsə onun hər addımı izləyir.
Düzünü desəm məncə o nahaq yerə belə edirdi. Lakin o məni həddən artıq qərbçı olduğumda günahlanIandırdı. Rahat və ölkəsindəki reallıqdan xəbərsiz biri olduğumu düşünürdü. Onun belə paranoyalı olmasını bəlkə də harada isə başa düşmək olardı. Azərbaycanda Avroviziya zamanı Ermənistana səs verən şəxslərin sorğu-suala çəkilməsi barədə eşitmişdim. Həqiqətən də?
Maraqlıdır, kiminsə bunlara nəzarət edə və qarşısını ala bilmələri üçün bəzi şeylərin sürətlə dəyişdiyi doğrudurmu? Düzdür, sevdiyim və hörmət etdiyim bir çox dostlarım yenidən ermənilər ilə mehriban gələcəyin qurulması imkanı barədə düşünmək istəmədikləri ilə məni təəccübləndirirlər.
Amma, ətrafıma baxdıqca daha çox anlayıram ki, yenidən ünsiyyətə girməyi çox istəyən saysız çox, xüsusilə də gənc nəsildən olan insalar var. Eyni məsələləri qarışdırıb dönə-dönə bir-birinin üzünə vurmaq deyil, sadəcə biri-biri ilə söhbət etmək istəyən insanlar.
Bir azərbaycanlı dostum mənə demişdi ki, baş verənlər arxasındakı məqamları anlasa da, heç bir zaman olanları unuda və ya bağışlaya bilməz. “Sənə müharibə birbaşa toxunmayıb” – o əlavə etdi. O, Qarabağda olmuşdu, cəsədləri yük maşınına qaldırdığı zaman.
Bəlkə də. Onun dedikləri barədə düşünürdüm və özüm özümdən soruşurdum – yenidən dost olmalarına sevinən o qədər çox gənc insanların olması elə bəlkə bu səbəbdəndir. Onlar olanları xatırlya bilmələri üçün çox gənc olduqları üçün belədirlər.
Bəs biz? Hər şeyin baş veridyi vatxda orada olan insanlar necə?
Yaxşı, mənə müharibə birbaşa toxunmayıb. Mən sevgilimi və ya qohumumu itirməmişəm; hətta həlak olanlar barəsində belə bilgim yox idi. Bununla belə biz hamımız müharibə şəraitində olmağımızdan əziyyət çəkmişik. Həyatımıza, ölkələrimizə dəyən ziyandan illər boyu şikəst kimi olmuşuq. Amma hər şeyin faciəli şəkildə dəyişdiyi vaxtı xatırlamaqdan başqa, hər şəyin ondan öncə necə olmasını yaxşı xatırlayıram.
Sinifimizdə şagidlərin yarısı azərbaycanlı idilər. Digərləri başqa millətlərdən olanlar idi. Sinif yoldaşlarımın bəzilərinin erməni olduqları barədə heç düşünmürdüm belə, o məqama qədər ki, onlar ölkəni tərk etməyə başladılar. Onların erməni adları olduqlarına görə dərhal onlara nifrət etməyə başladımmı? Əlbətdə ki, yox. Mənim anam Bakıdan qaçmaq məcburiyyətində qalmış tələbə yoldaşına nifrət edirmi? Əksinə, illər sonra anamın tələbə yoldaşı onu Facebookda tapandan sonra yenidən ünsiyyət qurdular. Onların Skype-da danışdıqlarının, güdüklərinin, xatirələri ilə bölüşdüklərinin şahidi olmuşam. Onlar arasında heç bir şey dəyişməmişdi. Heç nə dəyişə bilməzdi.
Mənim bloqum siyasi xatakter daşımayıb. Demək olar ki, heç vaxt. Bloqumda mən yalnız mədəniyyət haqqında, biz azərbaycanlıların etdiyi və başqalarına gülməli, qəribə görünən (və əksinə) və ya spesifik məsələrlə bölüşürəm.
Bir illik bloq yazmaq təcrübəmdən və ermənilərin yazdığı yorumlardan aydın olan odur ki, biz bir çox məsələlərdə oxşarıq. Buna təəccüblənməli olduğumuzun səbəbini başa düşmürəm. Uzun illər bir ölkənin hissəsi olmuşuq. Yeganə bölüşdüyümüz müharibə deyil, əslində daha çox şeylər var. Bizim mentalitetimiz, mədəniyyətimiz və köklərimiz bir-biri ilə sıx bağılıdır, və oxşarlıqlar musiqimizdə, mətbəximizdə və adət-ənənələrimizdə öz əksini tapır. İnternet isə real həyatda müharibənin bağladığı qapıları virtual aləmdə üzümüzə açıb.
Bəs real həyatda bu münaqişə sərhəddən nə qədər kənara çıxır? Xaricdə, münaqişə zonasından uzaqda nə baş verir?
Mərcə gəlirəm ki, uzaqda münaqişə tədricən yox olur.
Moskvada Bakılılar hər zaman birlikdədirlər. Bakılılar dediyim zaman təkcə azərbaycanlıları nəzərdə tutmuram. Tiflisdə, birtərəf ərazidə olduğu kimi, burada da azərbaycanlılar və ermənilər xoşbəxt şəkildə yanaşı yaşayırlar. Onlar qədəh qaldırırlar, gülüşləri və xoş xatirələri ilə bölüşürlər. Onlar biri-birinə aşiq olurlar, dostluqlar qururlar və arxada qoyduqları problemləri unudurlar.
Böyük Britaniyada da ermənilərə ara-sıra rast gəlirəm. Bir dəfə Londonda iş yerimdə yeni müvvəqəti işçi ilə məni tanış etdilər. Onun adı Natalia idi və ona Azərbaycandan olduğumu söylədiyim zaman onun mənə baxışlarında qəribə narahatçılıq hiss etdim. O an başa düşdüm ki, o erməni olmalıdır. Onun baxışları düşməncəsinə deyildi. Bu baxışda narahtçılıq, utancaqlıq və pərtlik oxunurdu.
Sonra bildim ki, Natalia ermənidir və onun valideynləri o anadan olmamışdan qabaq yaşadıqları ölkədən köçüblər. O, azərbaycanlılar haqqında (yeri gəlmişkən, ermənilər haqqında da) çox bilmirdi və mənə erməni olduğunu söylədiyi zaman mənim reaksiyamın necə olacağını da düşünə bilmirdi. Bir-birimizi öldürməyəcəyimiz haqqında əmin olduqdan sonra rahat şəkildə ünsiyyətə girdik, naratçılıq törədən anımıza güldük, regiondakı problemlər haqqında söhbətimizdən zövq aldıq və bəzi mədəni və sairə məsələlərin fərqli olmağını istədiyimiz haqqında fikirlərlə bölüşdük.
Və bunlar münaqişə zonasından kənarda yaşayan bir şəxsin hiss etdikləridir. Əlbətdə ki, baş verənləri xatırlayıram. Amma mən həmçinin keçmişin gözəl anlarını da xatırlayıram. Hər bir müharibə nə vaxtsa başa çatmalıdır. Mən bütün qəlbimlə inanıram ki, regionda nə vaxtsa sülh bərqərar olacaq. Nə vaxtsa həyatımda.
Scary Azerinin bloq səhifəsi http://scaryazeri.blogspot.com
- Published:
- 07.20.10 / 6pm by Scary Azeri
- Category:
- Armenia, Azerbaijan, Conflict Voices, Nagorno Karabakh, Opinion


No comments
Jump to comment form | comments rss [?] | trackback uri [?]