“Başqası” haqqında düşüncələr

Global Chaos tərəfindən

Erməni olmaq çətindir. Ən az lənətə gəlmiş (hər mənada) tarix, münaqişələr və sonu tükənməyən köçmələr üzündən çətindir. Mənim üçün vacib olan məqam faktı uydurmadan,həqiqəti düşündüklərimdən, miflərdən, əfsanələrdən, və istənilən hər bir propaqandadan reallıqda erməni, xüsusilə də xaricdə yaşayan erməni olaraq ayırmaqdır.

“Keçid dövrünün” erkən illərində Yerevanda böyüyərək həyatımız sözün əsl mənasında Qarabağ müharibəsindən keçirdi. Yəgin ki, müharibənin mənə birbaşa toxunmamasından bəxtim gətirib. Amma yenə də, müharibənin buraxdığı fəsadları yaşamaq daxildə kin hiss etmək üçün yetərli idi. Heç vaxt rastlamadığım, amma haqqında çox eşitdiyim “başqasına” qarşı kin bəsləmək üçün.

Diaspora nümayəndələrinin ailəsində anadan olma faktı vəziyyəti daha da qarma-qarışıq edir və çətinləşdirdi, çünki bundan başqa bir əsr əvvəl xalqıma əzab verən və onu şikəst edən digər bir “başqası” da var idi. Və bu da indiki olan “başqasının” obrazı ilə birləşirdi.

Bundan başqa, daxili, və bəlkə də qaçılmaz olan “başqasını” içimdə hiss edirdim. Söylənənlərə görə mənim mənsub olduğum cəmiyyətdə, və eyni zamanda mənim davranışımı, mətbəximi və hətta dilimi (Qərbi Erməni dialektindəki sözləri işlətdiyim zaman sinif yoldaşlarımın üzündəki təəccübü hələ də xatırlayıram) tam anlamadıqları cəmiyyətdə özümü normal hiss edə bilmirdim.

Fikirləri qarma-qarışıq və yenə də məğlub edilməz şəkildə mən “əsl Erməni” olmaq istəyirdim. Zamanla anladım ki, buna nail olmaq üçün qarşımda bəzi məqsədlər qoymalıyam: həyatımı “Məqsədə” həsr edib romantik və eyni zamanda dağıdıcı ideyanın uğrunda mübarizə aparmalıyam. Mən nifrət etməli idim. Mən savaşmalı idim.

Sevinirəm ki, belə etmədim. Və buna görə sadəcə “başqasına” minnətdaram.

Bir dəfə yaşadığım uzaq bir ölkədəki təhsil aldığım kollecdə Azərbaycan mədəniyyət gecəsində təsadüfən iştirak etdim. Etiraf etməliyəm ki, bir anlıq özümü itirmiş kimi oldum. Çünki mədəniyyət gecəsinin Erməni mədəniyyət gecəsi olmadığını anlamaq çox çətin idi. Məni bunun belə olmadığını inandıran yeganə köməkçim divarda asılan Azərbaycan bayrağı idi.

Musiqi? Çox tanış gəlir. Milli geyim? Bir dəqiqə, mənə elə gəlirdi ki, bu erməni milli geyimidir. Milli rəqs? Ermənilər də eyni cür rəqs edir! Yemək? Nə vaxtdan dolma Azərbaycan mətbəxidir?

Azərbaycanlı sinif yoldaşımla söhbətdən anladım ki, onun ailə üzvlərindən biri Qarabağ müharibəsində həlak olmuşdur və mənim də olduğum kimi o, “başqasına” nifrət etməli idi. Amma mən yeniyetmə sadəlövhlüyümlə düşünürdüm ki, biz sadəcə qurbanıq. Heç ağlıma da gəlmirdi ki, mən “başqası” ola bilərəm; kimə isə ağrı-acı, əzab-əziyyət verən və dağıntı törədən qrupa daxil olduğumu bilmirdim…

Əziz sinif yoldaşlarım, mənə kömək etidiyinizə görə çox sağolun: sizi olduğunuz kimi tanımadığımı dərk etməyə; yalnız xəritə ilə məhdudlaşmayıb daha uzağa baxmağıma; “Erməniliyimlə” beynimə yürüdülən fikirlərdən azad olmağıma; nifrətlə dolu olmayan həyatı yaşamağıma kömək etdiyinizə görə sağolun.

Öz doğma kəndində yaşayan “gözəl erməni dostları” haqqında mənə danışan İstanbulun Böyük Bazarındakı paxlava ustasına da təşəkkür borcluyam. Həmçinin, mənimlə Soyqırım mövzusunda müzakirə aparmağa, fikirlərlə bölüşməyə açıq olan və öz doğma şəhərinə dəvət edən türk reportyoruna da minnətdaram.

Demirəm ki, hər şey ideal vəziyyətdədir. Tam əksinə: görünür ki, təzyiq və deyişmə günü gündən daha da artmaqdadır.

Bununla belə, unutmamalıyıq ki, yaşamaq üçün şəraiti olan və həyatda müəyyən nail oluna biləcək məqsədləri olan“sıravi insan” müharibədə iştirak etməyə getməz; amma ölkələr üçün, xüsusilə də, gənc, qeyri-sabit və təhlükəsizliyi yetərli olmayan ölkələr üçün bu şəraitləri və məqsədləri təmin etmək çətindir.

Onun yerinə, “milliyyət” damğasını işlətmək və süürlarla idarə etmək daha asandır: alternativ və fərqli baxışın olmaması münaqişənin alovlandırılması üçün yetərli olan“cəsarət və inamın” meydana gəlməsini mümkün edə bilər…

Əsrlər öncə ilkin olaraq “milliət” kimi deyil (hansı ki, təəccüblü olsa da, çox müasir nəzəriyyə baxımındandır), məhz ərazi şəkildə meydana gəldiyimizi, eyni torpağı və dili paylaşdığımızı nədən unutmalıyıq? Nədən etiraf etməyək ki, biz elə də biri-birimizdən fərqlənmirik, əvvəl axır lazımsız və mənasız siyası söz-söhbətin üstəsindən gələ bilərik və süni sərhədlərin yaradılması ilə birdəfəlik qarşısı alınmış prosesi davam edə bilərik?

Nəyə görə bütün gücümüzü və səylərimizi biri-birimizlə paylaşaraq birləşdirməyə deyil, parçalanmağa və bölünməyə yönəldək? Nəyə görə anlamayaq ki, biz “milliyyət mənsubiyyətimiz” baxımından deyil, ən əsası insan olaraq müəyyən edilməliyik?

Sadəlövhlüyün yenidən mənə geri qayıtdığını hiss edirəm. Amma bununla belə xaricdən deyil, elə regionumuzda yaşayan parlaq fikirli insanları görür və onlara virtual aləmdə də rast gəlirəm və bu mənə umid verir: ümid verir ki, bəlkə nə vaxtsa bir gün Yerevanda gürcü, azərbaycanlı və türk dostlarımla bir masa arxasında dolma yeyib və tan (və ya ayran) içicəyəm və buna görə mənim “həmvətənlərimdən” heç biri bizə qaşqabaqlı baxışla baxmayacaq.

 

Global Chaosun bloq səhifəsi http://lena-globalchaos.blogspot.com



    follow me on Twitter









     
     

     

    Global Voices Online: Caucasus







    Share on Facebook