İmkansızlıq sərhədlərini aşaraq

sassun

Sasun Khachatryan

Əgər Erməni ailəsində anadan olmusansa və daimi olaraq yaxınların sənə iyirmi il əvvəl olan müharibənin dəhşətlərini anlatmışsa, dialoq, sülh və barışıq haqqında düşünmək ağlına gəlmir. Özü də münaqişənin bugünə də davam etdiyi bir vaxtda və törədilmiş acı hadisələrin xatirələri beynində həkk olunmuşsa. Və əgər 1990-cı illərin əvvəllərində Naxçıvanda, Sədərək ərazisinin ətrafında yerləşdirilmiş Azərbaycan ordusunun doğma kəndini bombarduman etməsi izləri yaddaşında hələ də təzədirsə .

Orduda hərbi xidmətin zamanı Ermənistan və Azərbaycan arasındakı cəbhə xəttində durarkən qarşı tərəfin vətəndaşı ilə hər hansı bir ünsiyyət haqqında necə düşünmək olar? Özündən xəbərin olmadan və hisslərindən məhrum bir şəkildə xəyalında çizilmiş məftilsiz sərhəd xəttini keçmiş Azərbaycanlı əsgərinə atəş açırsan. Sən atəş açırsan və bu atəşi açmağa səni izaholunmaz qüvvə vadar edir.

Sənin Azərbaycanlı həmkarın bombardman və tərk edilmiş evin qırıntılarınından tikinti materialları kimi istifadə etmək üçün onları sadəcə qatırın belinə yığır, lakin o an elə gəlir ki, bir az sonra görəcəyin iş yeganə düzgün işdir. AK47 silahının tətiyini çəkən an vicdanına və özünə təsəlli tapmaq üçün başlayırsan yaddaşını özünü inandıracaq hadisələrlə doldurmağa. Amma toz-duman gedəndən sonra, və içində məntiqin üstün gəldiyi zaman anlayırsan ki, bu gərəksiz imiş və özünü aldatmağa belə nail ola bilməmisən.

Zaman keçdikcə, bir neçə illik jurnalist və tərcüməçi təcrübən və sülh-münaqişə sahəsində yenicə əldə etdiyin biliklərindən sonra özünün tələsinə düşdüyünü anlayırsan və adi suallara belə cavab tapa bilmirsən:

Niyə?

Bəlkə də bu sadəcə olaraq qəhrəmanlığın ifadəsi, cəsarətin nümayişi, və ya düşmənin sənin istifadə belə etmədiyin bir şeyi istifadə etməsinin qarşısını necə aldığını zabitlərinə göstərmək üçün adi lovğalıqdır. Bəlkə bu bir əsgər borcudur. Bəlkə də öz komandirin tərəfindən tərif eşitmək ehtimalını zəruriləşdirən bir ambisiyadır. Bunu istədiyiniz kimi adlandıra bilərsiz, lakin nə ad verirsinizsə verin, bunu vətən sevgisi adlandırmayın. Bəlkə də bu ağılsızlıq, qəddarlıq, kamilsizlik, şüura yürütmə və mövhümatdır.
Bəlkə də müharibənin bəzi arzuolunmaz xatirələridir.

Cəbhə xəttində dayanan zaman və başqa çıxış yolunun olduğu bir vaxtda nəyə görə biri-birimizə atəş açmalıyıq. Gecənin bi vaxtında düşmənlə ünsiyyətə girə bildiyin və onunla başqa çıxış yolları olduğu təqdirdə biri-birinizə atəş açmayacağınız barədə hüquqi qüvvəsi olmasa da, yazılmamış razılığa gələ bildiyiniz bir vaxtda atəş açmaq nəyə gərək? Və bu sizin edə biləcəyiniz yegənə şeydir və, xoşbəxlikdən, tez-tez edə biləcəyiniz bir şey.

İndi, hərbi xidmətimdən on il keçəndən sonra, Azərbaycanlı dostlarım var. Biz üçüncü olkələrdə görüşlərimizdən sonra öz ölkələrimizə qayıdıb biri-birimizlə vaxtaşırı yazışırıq, sərhədyanı layihələr zamanı görüşüb birlikdə yeyib-içirik, görüşə bilmək üçün ən yaxın ve neytral olan şəhərdə - Tiflisdə əylənir biri-birimizin sağlığına qədəh qaldırırıq. Lakin təəssüf ki, bir vaxt sonra narahatçılıq, qarışıqlıq, utanc və peşmançılıq hissləri keçiririk. Keçmişdə olub-yaşananlar üzündən.

Azərbaycannn vətəndaşları ilə ilk birbaşa ünsiyyətim keçən ilin sentyabr ayında baş verdi. Ermənistandan və Azərbaycandan olan üç jurnalist Abxaziyaya Hollandiyalı koordinator ilə kiçik qrup halında səfər edirdilər. Bu səfərdən qabaq heç ağlıma də gətirə bilməzdim ki, nə vaxtsa Azərbaycanlılarla birlikdə eyni mini-busda oturacağam və Suxumiyə 2008-ci ilin avqustundan sonra vəziyyət barədə məruzə etmək üçün səfər edəcəyəm.

Bu səfər bizə bəzən hətta Dağlıq Qarabağ üzrə münaqişənin olmasını unutdururdu; onun yerinə Rusiya-Gürcüstan münaqişəsi və onun nəticələri barəsində qızğın müzakirələr aparırdıq.

Mənim bir fotoşəklim var. Orada mən və qabaq oturacaqda yuxuya getmiş Azərbaycanlı jurnalist qız var. Həmin vaxt o qız mənə tamamən yad adam idi. Yalnız onun adını xatırlayıram – Nigar. Balaca mini-busa güclə yerləşdiyimizdən mənə rahat olsun deyə əllərimi qabaq oturacağa doğru uzatmışdım. Beş-altı saat davam edən yol səyahətindən yorğun olan Nigar yuxuya getmiş və bilmədən başı qabaq oturacağının baş yerinə və mənim əllərimin üstünə sürüşmüşdü.

Mən əllərimi çəkmədən Nigarın başını tərpədib başqa yerə qoyacağını gözləyirdim. Bizim Hollandiyalı koordinatorumuz arxadakı mənzərəni görüb kamerasını aldı və məqamı ədəbiləşdirdi.

Amma hələ də özümə bir sual verirəm: məndə nə dəyişdi və mənə köklərini salmış bəzi stereotiplərdən azad olaraq tamamilə başqa cür fikirləşməyə nə kömək etdi? Mən indi daha məntiqli və tarazlıyam. Ən əsası isə, Dağlıq Qarabağ üzrə münaqişəni olduğu yerdə alovlandırmağa heç niyyətli deyiləm. Yaxşılığa və ya pisliyə doğru olursa olsun, düşünürəm ki, dialoq münaqişələrin həllində yeganə yoldur.

Keçmişdə edilən səhvləri düzəltmək həmişə mümkündür və dialoq istər şəxsi, istərsə də vətəndaş cəmiyyəti səviyyəsində reallaşmalıdır. Nə qədər tez olsa, o qədər yaxşı. Azərbaycanlılarla ünsiyyətimdən sonra bir nəticəyə gəldim – mümkünsüz olan heç bir şey yoxdur, hətta bəzən ilk baxışda bu qeyri-real görsənirsə.



    follow me on Twitter









     
     

     

    Global Voices Online: Caucasus







    Share on Facebook