Ermənistan-Azərbaycan: münaqişənin səsləri

Ermənistan və Azərbaycan arasında mübahisəli Dağlıq Qarabağ ərazisi üzərində olan münaqişə barədə atəşkəs sazişinin imzalanmasından 16 il keçsə də, qəti sülh müqaviləsini bağlamaq cəhdləri uğurlu olmamışdır. Buna baxmayaraq, son il yarım müddəti ərzində sosial şəbəkələr və bloqlar münaqişənin və problemin həll edilməsi yolunda yeni imkanlar və təşəbbüslər açır və irəli sürürlər. Lakin belə yeni media imkanlarından istifadə region üzrə çox da yayılmayıb.

Bundan əlavə, və bu yeni açılan imkanlara baxmayaraq, münaqişə haqqında olan onlayn məqalələrin əksəriyyəti təbliğat xarakteri daşıyaraq və hətta tərəflərin biri-birinə qarşı düşmənçilik hissini daha da gücləndirmək məqsədini güdərək mənfi təsir bağışlayırlar. Bununla belə, Global Voices Qafqaz üzrə redaktorunun şəxsi bloqunda yazılan iki qonaq bloq yazısında Azərbaycandan və Ermənistandan olan iki gənc qız münaqişəyə dair öz düşüncələri və şəxsi təcrübələri ilə bölüşürlər.

Belə səslər yerli KİV-də çox nadir hallarda öz əksini tapır. Hətta bu rəylərin ümumiyyətlə əks olub-olunmaması sual doğurur. Amma bloqlar və digər onlayn vasitələr bu səslərin duyulmasında onlara imkan verə bilərlərmi? Öz bloq yazısında Ermənistandan olan məcburi köçkün 25 yaşlı etnik azərbaycanlı Zamirə Abbasova öz təcrübəsi ilə bölüşür. ABŞ-da münaqişələrin həll olunması üzrə təhsil alan tələbə Global Voices-un Qafqazda baş verən hadisələri işıqlandıran yazısı ilə dərsləri zamanı keçdiyi kurs materialı kimi tanış olduqdan sonra Global Voices ilə əlaqə saxladı.

Mən 1984-cü ildə Vardenisdə anadan olmuşam, dörd il sonra isə mənim bütün ailəm qohumlarımız ilə birlikdə kütləvi sürgün nəticəsində Ermənistanı tərk edib, Azərbaycana köçməli olmuşlar. Ermənistandan getdiyim zaman mənim dörd yaşım var idi və geriyə baxaraq arxada buraxdıqlarımı xatırlaya bilməməyiminin yaxşı və ya pis olduğunu deyə bilmərəm. Amma evimizi, bağçamızı, oyun meydançamızı, dostlarımı, alma ağacımı və sevdiyim xoruzu xatırlayıram.

Azərbaycana gəldikdən sonra mən evimiz və viranə qalmış kəndimizdə gəzməyim barədə xəyallar qururdum. Amma bir vaxtdan sonra isə hər şey yoxa çıxmağa başladı. Buna baxmayaraq, ailəm evimizə nə vaxtsa dönəcəyimiz barədə heç bir zaman ümidlərini itirmirdi. Biz inanırıq ki, əsrlər boyu birlikdə yaşayan iki qonşu onları izləyən nifrətə baxmayaraq nə vaxtsa yenidən bir araya gələcəklər. […]

Ermənilər ilə ilk dəfə görüşüm mənim bütün hisslərimi və duyğularımı qarışdırdı və oynatdı. Çoxlu dostluq əlaqələri qurdum, onlarla səmimi şəkildə söhbət etdim və onların fikirlərini öyrəndim. O vaxtdan, hər dəfə istər küçədə və ya yığıncaqda bir Erməni görəndə, içimdə onlarla və anadan olduğum torpaqla gözəgörünməyən bağ olduğunu hiss edirəm. Hətta “onlar bizim düşmənimizdir” faktı heç ağlıma gəlmir. Bu “yaxşının” “pis” üzərində qüvvəsidir, barəsində uzun zaman düşünmədiyimiz qüvvə.

Bu sahədə yeni olsam da bu müharibə məni Sülh Savaşcısı edib. Mənim mübarizəm daha mürəkkəbdir. Çünki bir tərəfdən mən münaqişədə olanlara, digər tərəfdən isə özümə kömək etməliyəm.

Yazı bir çox oxucunun qəlbinə toxundu. Ermənistandan olan bəzi insanlar Facebookda öz şəxsi səhifələrində və regionda tanınan digər saytlarda bu bloq yazısına keçid linki verdilər. Yazı azərbaycan, ingilis, ispanrus dillərində mövcuddur. Oxuculardan biri isə könüllü olaraq yazını erməni dilinə də çevirdi. Global Voices-un Zamirə Abbasova ilə tanış etdiyi Azərbaycandan olan erməni məcburi köçkün nə qədər ruhlandığını yazıya etdiyi şərhdə bildirdi.

Ürəklərə toxunan yazıya görə hər ikinizə təşəkkür edirəm. Düşünürəm ki, bloqumda bizim (Zamirə və mənim) təcrübəmiz haqqında yazacağam. Bu yazı məni yazmağa ruhlandırdı. Bir daha təşəkkür.

Sabahısı gün, Ermənistandan olan 22 yaşlı qız Ermənistan və Azərbaycan arasında olan münaqişəyə və Türkiyə ilə olan gərgin münasibətlərə dair öz qonaq bloq yazısını yazdı. Cənubi Qafqazda sülhə çağırış haqqında keçirilmiş fleşmobdan video görüntüləri qoyaraq, Marine Ejuryan əvvəllər qonşularına olan mənfi münasibətini xatırlayır, amma o, hal-hazırda tərəflər arasında dialoqu gücləndirməyə yönələn bir çox təşəbbüslərdə iştirak edir.

Məni indi tanıyan, lakin məni ilk tələbəlik illərimdə tanımayanlar, yəqin ki, eşitdiklərinizə çox təəccüblənəcəksiniz - dörd il əvvəl mən anım mərasimlərində anti-Türkiyə və anti-Azərbaycan şüarlarını səsləndirən Erməni gənclərinin arasında idim. Mən həmçinin o şəxsəm ki, universitetimizin qəzeti üçün “Azərbaycan, böyük yalan” başlığı altında məqalələr yazırdım.

Geriyə baxdıqca və bəlkə də “qaranlıq” günlərimi xatırladıqca, mən anlayıram ki, o illərdə mən sadəcə özümü axtarıb tapmağa, öz şəxsi ideologiyanı müəyyən etməyə, bu həyatda öz şəxsi yerimi tapmağa çalışdığım bir vaxtın əsnasında idim. Eləcə də düşünürəm ki, ölkələrimizdə indi olduqları yerə çatmaq üçün əvvəllər bu kimi hissləri keçirən çox gənclər və yeniyetmələr vardır.

Və indi, yenicə Beynəlxalq Münasibətlər üzrə Magistr dərəcəsini aldığım bir vaxtda mən çoxlu Türk və Azərbaycan dostları olan bir şəxsə çevrilmişəm. Onların arasında mənə həqiqətən də doğma və yaxın olanlar var. Mən həmçinin Türk və Azərbaycan musiqisini dinləyən, bu ölkələrdən olan müəlliflərin kitablarını oxuyan və nəhayət sülhə və insanları ayıran münaqişənin sonuna doğru aparacaq hər bir orijinal təşəbbüsü dəstəkləyən bir şəxsəm.

Erməni, azərbaycanrus dillərində mövcud olan yazı təkcə Azərbaycanda tanınmadı. Bir çox gənc Facebooka yazını qoydu. Bəziləri isə Marineni həmin saytda öz dostları siyahısına əlavə etdilər. Təəccüblü deyil ki, yazıda Facebook əlaqələrin yaradılması və ünsiyyətdə qalmaq üçün dəyərli vasitə kimi qeyd olunmuşdur.

Önər bloqu Ejuryanın tarixçəsinin azərbaycan dilində olan versiyasını qoymuşdur.

Dialoq.

Bizim önümüzdə olan yeganə yoldur. Dialoq mənim vəziyyətimdə Azərbaycanlılar ilə ünsiyyət tapıb bir çox məsələyə dair fikrimi dəyişdirən yeganə yol idi. Danışmaq və irəliləmək. Əməkdaşlıq etmək və irəliləmək. Yalnız bu mövqe ilə bir çox həssas məsələlər həll oluna bilər. İllər əvvəl bir kitabda oxuduğum və həmişə yaddaşımda saxlayacağım aşağıdakı cümləni indi sizinlə paylaşmaq istəyirəm.

“Münaqişədə olan tərəflərin “hər şeyi” əldə edə bilməyəcəkləri fikri həqiqətdir. Lakin bu həqiqət siyasidir. Humanist mövqeyi nəzərindən isə, hər iki tərəf hər şey əldə edə bilər. Əgər bu “hər şey” qəti sülhdürsə”.

Ermənistanda, Azərbaycanda və Gürcüstanda gənclərin fəallığı haqqında sənədli film üzərində çalışan və səyahətləri haqqında Gözəl ideyanın tarixçəsi bloqunda yazan italiyalı ictimai fəalçı və kinorejisyor Letisiya Gambini yazı barədə öz fikrini Twitterdə bildirdi.

Ermənistan-Azərbaycan. Buna oxşar yazı oxuyanda hər şeyin mümkün olduğuna inanıram. Hətta qəti sülhün mümkün olduğuna belə.

Hər iki yazı haqqında öz fikrini bildirən Cənubi Qafqaz məsələləri üzrə təcrübəli mütəxəssis və Amerika Universitetində münaqişələrdə vətəndaş mediasından istifadəni yaxından izləyən keçmiş layihə rəhbəri Mikael Bogar bu yazıların regionda daha böyük bir hadisənin başlanğıcı olduğunu düşünür (Mikael Bogarın Global Voices ilə olan müsahibəsi buradadır).

Yazıların münaqişədə olan hər iki ölkədə geniş tanınmasına baxmayaraq, belə səslər bu cəmiyyətlərdə çoxluq təşkil edən fikri əks etdirmirlər. Bundan əlavə, hər iki ölkədə aktual olan media azadlığı probleminin olduğu bir vaxtda, onlayn fəallıq nişan altına alına bilər. Bununla belə, mənfi cəhətlə rmüsbət cəhətlərdən çox olsa da, yenə də müsbət üçün potensial var. Azərbaycandan olan oxucunun bildirdiyi rəyindən göründüyü kimi:

ikrimcə bu yazı bütün günə, hətta həftəyə yaxşı əhval ruhiyyəmi təmin etdi. İnanıram ki, biz - iki ölkələrin gəncləri - millətlərimiz arasında barışığa gətirən çətin və uzun prosesi başlaya bilərik və artıq bir-birimizi günahlandırmaqla deyil, real problemlərin həll edilməsi ilə məşğul olmalıyıq.

Yeni açılmış Qafqaz Nəşrində yazdığı ötən yazıda Flying Carpets and Broken Pipelines bloqunun müəllifi bloqqer Arzu Qeybullayeva bir çoxlarının inandığı kimi dəyişilməsi lazım olan reallıq barədə fikrini bildirir.

Hər iki yazının müəlliflərinə yazdığı iki şərhdə Ianyan adlı bloqqer Liana Agajanian müəlliflərlə razılaşır və əlavə edir ki, onun fikricə belə bir mövqe uğurlu ola bilər.

Zamirə, sizin tarixçəniz mənim qəlbimə toxundu və bildirdiyiniz fikirləri dəyərləndirirəm. Ümid edirəm ki, gələcəkdə də öz təcrübəniz ilə bölüşəcəksiniz. Mən inanıram ki, belə tarixçələr münaqişələrin həll edilməsi üçün əsas bünövrədir. Təşəkkür edirəm.

[…]

Bu çox gözəl idi və ən əsası hiss edirəm ki, belə bir yazı üslubu, dialoq forması və təcrübə dəyişikliklərə gətirib çıxara bilər. Onlar çox yaxındadırlar, mən bunu hiss edirəm. Marine, təcrübəniz ilə bölüşdüyünüz üçün çox sağolun.

Şübhəsiz, belə səslər hər iki cəmiyyətdə, özü də onlayn məkanda, azlıq təşkil edir. Lakin yeni media vasitələri bu səslərin duyulmasına ən azından yardım edir. Münaqişə haqqında gedən debat və müzakirələrin indiki səviyyəsini və ya hətta belə müzakirələrin heç olmamasını nəzərə alaraq, bu kimi irəliləyişin olması misilsizdir. Xüsusən də bu Facebookdan, burada yazılara yer ayırmalarından və hətta bloqlardan və digər saytlardan belə burada daha çox edilmiş müsbət şəhrlərdən görünür.

Global Voices Ermənistan-Azərbaycan münaqişəsində yeni və sosial media vasitələrindən istifadəyə nəzərət etməyə davam edəcək. Bizi izləyin.

 

 

The original in English is here, with a translation into French here and Russian here.



    follow me on Twitter









     
     

     

    Global Voices Online: Caucasus







    Share on Facebook