Ermənistan-Azərbaycan: gənc bloqqerləri narahat edən ətraf mühit

Bir çox bloqlar “ABŞ və Qafqaz üzrə cəmiyyətlərə təsir edəcək ictimai şüura malik medianın formalaşması” məqsədini daşıyan online layihənin hissəsi olaraq yaradılmış və hazırda fəaliyyət göstərməkdədirlər. Layihənin Ermənistan, Azərbaycan və ABŞ-dan olan iştirakçılarının əksəriyyəti artıq ilk modullarını başa vurublar. ABŞ-nın Təhsil və Mədəniyyət İşləri üzrə Dövlət Departamentinin maliyyələşdirdiyi DOTCOM layihəsi Project Harmony tərəfindən həyata keçirilir.
Özlərini bloqlarında təqdim edəcək 14-16 yaş arası olan yeniyetmələrə yaşadığı cəmiyyətdə onları narahat edən məsələ haqqında fikir bildirmələri xahiş olunub. Maraqlısı odur ki, digər problemlərlin də səsləndiyi bir vaxtda, siyahıda ən başlıca olaraq ətraf mühitlə bağlı problemlər qeyd olunmuşdurlar. Azərbaycandan olan 14-yaşlı Şəfəqi doğma Bakının sularının çirklənmə səviyyəsi narahat edir.
Bildiyimiz kimi, Azərbaycan dünyada nefti ilə tanınır. Amma biz nefti çıxardığımız zaman ətraf mühitə ziyan vururuq. Xəzər dənizi çirklənir və dənizdəki canlılar məhv olur. Nə vaxtsa hər şey tükənə bilər və mən bunun qarşısını almaq istəyirəm.
14 yaşlı Ergünü də bu məsələ narahat edir.
Çirklənmə əsas problemdir. İnsanlar tullantıları atırlar və ətraf mühiti çirklədirlər. İnsanlar ağacları kəsir və uca binalar tikirlər. Bizim binamızın qabağında park var idi. Bəzi insanlar buraya gəlib, hər şeyi məhv edib, yerində isə bina tikiblər.
Ermənistandan olan 15 yaşlı Arpen razılaşır.
Mənim üçün bügün əsas məsələlərdən biri ətraf mühiti yaxşılaşdırmaqdır. Küçədə çoxlu maşınlar var, buna görə hava daha çox çirklənir və hər yer səs-küydür. Yalnız çox az [yaşıllıq] yerləri, ağaclar və skamyalar var.
15 yaşlı Lusine oxuduğu məktəbinin ətraf mühitin qorunması ilə bağlı bəzi şəkillərini qoyaraq onu bu məsələ necə narahat etdiyi barədə nümunələr göstərir.
Yaşadığım cəmiyyətdə məni narahat edən problem suyun çatışmamazlığıdır. Nəticədə, yaşıllıqlar çox azdır.Bu problemi mən suvarma texnologiyasını dəyişərək həll etmək istəyirəm. Çünki ağaclara, güllərə və otlara su lazımdır və onlar yalnız gözəllik üçün deyil, bizə oksigen vermələri və havanı təmizlələri üçündür. Eyni zamanda evlərdə bütün günü suyun olmaması çox çətindir.
Suyun təchiz olunması Azərbaycanda da problemdir. Bu haqda 14 yaşlı Novruz deyir.
[…] yaşadığım cəmiyyətdə əsas problem sudur. İçməli su çox da təmiz deyil. […]
14 yaşlı Yeganə zavodların çayları çirkləndirdiyini söyləyir, və onun yaşıdı Rəhimə də onunla razılaşır.
[…] biz yaxşı yaşamaq üçün bu problemləri həll etməliyik. Əsas problem […] […] içməli sudur. Təəssüf olsun ki, içdiyimiz su təmiz deyil. Suyu təmizləmək üçün yüksək keyfiyyətli texnologiyalar lazımdır. Şəhərdə insanların çoxu “Kür” çayının suyundan istifadə edir və bu çaydakı su təmiz deyil […].
Bu məsələ Ermənistandan və Azərbaycandan olan gənc vətəndaş-jurnalistləri narahat etdiyi bir vaxtda, digərlərini narahat etmir. 15 yaşlı Toğrul deyir ki, Bakıda yaşayan insanlar zibilləri küçəyə atırlar, bu fikirlərlə Hüseyn də razılaşır. Bundan əlavə, Dilarə inanır kı, ətraf mühit problemləri nəqliyyata bağlıdır.
Məni şəhərimin təmizlənməsi və yollarda tıxacların qarşısı alınması narahat edir. İnanıram ki, cəmiyyətimizdəki insanları şəhərimizi təmiz saxlamaları, təbiəti qorumaları və yol hərəkət qaydalarına riayət edərək yollarda ehtiyatlı olmaları barədə maarifləndirmək lazımdır. Onlar inanmalıdılar ki, bu onların sağlamlığı və yaxşı yaşamaları üçün vacibdir.
Ermənistanda nəqliyyat 14 yaşlı Armeni narahat edir.
Yaşadığım cəmiyyətdə əsas problemlərdən biri Nəqliyyatdır. Nəqliyyat vasitələrinin çoxu - avtobuslar, minibuslar və metrolar vaxt cədvəlinə uyğun işləmirlər və insanların oturmaları üçün yerlər kifayət qədər deyil.
İki ölkədə yaşayan yeniyetmələrin paylaşdığı eyni məsələlər və problemlər olsa da, siyasət və müharibə onları ayırır. Mübahisəli Dağlıq Qarabaq ərazisi üzrə iki ölkə arasında olan münaqişə barədə bu münaqişədən yaşca daha balaca 14 yaşlı Lilit sülh barədə düşünür.
Ermənistan bir çox həll olunmamış problemləri olan ölkədir. Onun çirkli küçələri, xoşagəlməz yol keçidləri mağazaları kimi kiçik problemləri var. Amma ölkəmdə qonşu ölkələri ilə çözülməmiş münasibətlər kimi məni daha çox narahat edən bəzi problemlər var. Uşaq illərimdən məni həmişə maraqlandırardı - nəyə görə Azərbaycana getmək, oradakı insanlarla dost olmaq, onları ölkəmizə dəvət etmək qeyri-mümkündür? Bu indi həqiqətən də böyük bir problemdir və mən bütün qəlbimlə ümid edirəm ki, ölkəmin üzləşdiyi bu kiçik və böyük problemlər yaxın gələcəkdə həll olunacaqlar.
Bağlı sərhədin o tərəfində olan 15 yaşlı Bakı sakini Nara müharibə haqqında bunları deyir.
Bügün Azərbaycan üçün ən əsas problem Qarabağ müharibəsidir. Bizim oradan olan çoxlu qaçqınlarımız var. Mən istəyirəm ki, onlar yaxın gələcəkdə evlərinə qayıda bilsinlər.
Yerevandan olan 14 yaşlı Nikolay gələcək və layihə barədə ümidlərini dilə gətirir.
Düşünürəm ki, DOTCOM proqramının əsasını birgə iş təşkil edəcək. Bügün dünya üçün ən böyük nailiyyət sülhdür. Biz iki ölkə, iki millətlər arasında sülhün qurulması üçün hər şey etməliyik.
DOTCOM-un əsas web saytı bu ünvandadır http://dotcom.ph-int.org və burada onların Facebook Qrupu var. İştirakçıları müxtəlif modullarla təmin edəcək bloq səhifə buradadır. İştirakçıların çoxlarının bloqlarını Ermənistan və Azərbaycan üzrə proqram rəhbərlərinin səhifələrində tapmaq olar.
The original in English, with a translation also into Chinese available, is here.
- Published:
- 06.09.10 / 12pm by Onnik
- Category:
- Armenia, Azerbaijan, Blogs, Environment, Global Voices, Issues, Nagorno Karabakh, Opinion, Youth


No comments
Jump to comment form | comments rss [?] | trackback uri [?]