Birləşdirən müxtəliflik: Cənubi Qafqazda mənfi stereotiplərə üstün gələrək
Ermənistanla sərhəddə yerləşən Tsopi adlı Gürcüstan kəndində 80 şagird suyu və elektrik enerjisi olmayan yarımsökülmüş məktəbdə təhsil alırlar. Belə bir səhnə dünyanın bir çox yerlərində qeyri-adi olmasa da, burada təhsil alan etnik Azərbaycanlı və Erməni olan şagirdlər sizi təəccübləndirə bilər. Ermənilər Azərbaycan dilində, Azərbaycanlılar Erməni dilində danışırlar. Uzun sürən müharibə və düşmənçilik illərindən sonra, belə bir dinc yanaşı yaşama bu iki etnik qrup üçün utopik bir xəyal kimi görünür.
Amma Onnik Krikorian adlı jurnalist bunu Cənubi Qafqazda mənfi stereotiplərə üstün gəlmək məqsədini daşıyan sərhədlərarası media layihəsi ilə dəyişmək yolundadır.
Krikorian ilə birlikdə iki Azərbaycanlı jurnalistin və Gürcü bloqqerin Tsopiyə etdikləri səfər bu dəfə Transitions Online Steady State və Böyük Britaniyanın Yerevandakı Səfirliyi tərəfindən maliyyələşən layihənin ikinci mərhələsi idi. Belə əməkdaşlıq bir sıra tədbirlərin nəticəsində, eləcə də Tiflisdə keçirilən Caucasus BarCampda Krikorianın tanış olduğu və indi mütəmadi olaraq ünsiyyətdə olduğu Azərbaycandan olan gənc yeni media mütəxəssisləri və bloqqerləri ilə görüşdən sonra başladı.
“Mən bunu iki səbəbdən etdim” – Krikorian deyir. “Birincisi, çünki bu regionda yaşayan insanlar üçün iki ölkədə baş verən hadisələri anlamaq vacibdir. Və ikincisi, bu heç mənim özümün gözləmədiyi bir hal idi. Bəlkə də, özümdə üstün gəlinməli olan stereotiplər var idi”.
Qısa zamanda ona məlum olur ki, bu gənclər indi həbsdə olan gənc fəalçı Adnan Hacızadənin qurduğu Azərbaycanda inkişaf edən OL! adlı gənclər hərəkatının üzvlərdir.
“Aylar getdikcə mən gördüm ki, orada belə insanlar daha çoxdu və niyə də olmasın?” – Krikorian deyir. “Nəyə görə gənc Azərbaycanlı gənc Erməni kimi və ya hər hansı başqa ölkədə yaşayan gənc kimi ola bilməz?”
Layihənin katalizatoru 2008-ci ilin sonlarında yarandı. O zaman Krikorian təsadüfən regional təhlilçi və bloqqer Arzu Qeybullayevaya və onun “Flying Carpets and Broken Pipelines” adlı bloquna rast gəldi və həqiqətəndə bundan təsirləndi.
Arzu ilə Krikorian [Gürcüstanda] etnik Azərbaycan toyuna ziyarət edib və əsasən birgə işləri bu çərçivədə baş verdi. İkinci səfərdə isə Krikorianı jurnalistika tələbələri olan Vüsulə Əlibəyli and Xanım Javadova, eləcə də Gürcü bloqqer və Global Voices Online-nın müəllifi Dodi Xarxeli müşayiət etdi. Bu dördlük öz sərgüzəştləri barədə Twitterdə caucasusproject adı altında çoxlu ismarıclar və yazılar yazdılar və aşkar etdilər ki, ictimai fikrə və biri-biri haqqında iki ölkədə olan mənfi stereotiplərə baxmayaraq Ermənilər və Azərbaycanlılar birlikdə yaşayır, işləyir və biri-birinin bayramlarını qeyd edirlər.
Əlibəyli bir bloq yazısında yazır ki, onlar Azərbaycanlı olan Tsopi kənd sakini Faiq Əhmədov ilə tanış oldular. Faiqin sözlərinə görə oğlanların və qızların öz millətindən olan biri ilə evlənmələrinə baxmayaraq, o, öz etnik qrupunu və Erməniləri bacı-qardaş kimi görür.
““Məsələn, əgər mənim oğlum Erməni qızı ilə evlənmək istəsə, mən buna etiraz etmərəm” – o deyir. “Əgər onun ailəsi mehriban və səmimidirsə, niyə də yox? Nə olsun ki, onlar Ermənidirlər? Pis adam hər yerdə var”.
Krikorian özünün başqa bir bloq yazısında regionda baş verən çaxnaşmanın elə bil yan keçdiyi və təsir etmədiyi və Tiflisdə çay evinin sahibləri Aleksi və Marqarita Petrosyan haqqında yazır. Krikorianın səfərdən qalan ən xoş xatirəsi Petrosyanların Bakıdan olan Azərbaycanlılar isə həm Erməni, həm Azərbaycan dilində danişmaları idi.
“Bu bir hiss idi ki, sanki Qafqaz mükəmməl bir dünyadır” – Krikorian deyir. “Belə bir səhnə Ermənistan və Azərbaycanın müstəqillik vaxtından düşdükləri mono-etnik mühitdən daha çox ürəkaçıcı və qeyri-adi idi”.
Krikoriandan bu layihədə nəyə nail olmağa ümid etdiyi barəsində soruşduqda o, deyir ki, insanları düşündürmək istəyir.
“Ermənistan və Azərbaycan cəmiyyətində həddən artıq çox stereotip var. Hətta elə gənc Ermənilərə rast gəlmişəm ki, onlar Azərbaycanlıların müsəlman olduqları üçün Azərbaycanda barların olmadıqlarını və ya, məsələn, Azərbaycan qızlarının başlarını örtdüklərini fikirləşirlər” – Krikorian deyir. “Bundan əlavə, Erməniləri və Azərbaycanlıları “etnik cəhətdən uyğun olmayanlar” kimi təsvir etmək cəhdləri olsa da, həqiqətdən qaçmaq olmaz. Əksinə, mən deyərdim ki, bu iki millət arasında çoxlu oxşar cəhətlər var - mədəniyyətlərində, musiqilərində və rəqslərində belə. Hətta dillərində bəzi oxşarlıqlar var. Fikrimcə, münaqişədə olan qarşı tərəfi qeyri-insanmış kimi təsvir etmək nə qədər yanlış olduğunu anlamaq çox vacibdir. Belə bir təsviretmə münaqişənin həllinə kömək etmir, onun qarşısını alır”.
Tarixləri ilə yüklənən iki etnik qrupun biri-biri ilə ünsiyyətdə ola və dinc yanaşı yaşaya biləcəkləri bir yerin olması faktı ümid üçün yer verir. Bu ümidi Transitions Online-nın yazılarında edilən şərhlərdən də görmək olar.
“Anam kəndlərində Rusların, Ermənilərin və Yəhudilərin yaşadığını və onlar arasında fərq qoymadığını həmişə mənə deyərdi. Hər kəs çox yaxşı birlikdə yola gedirdi” Qeybullayeva yazır. “Mənim üçün də fərq etmir. Mənim çoxlu Erməni dostlarım var və mən ümid edirəm ki, sizin və siz kimi insanların gördükləri iş inkişaf edən və sülhsevər Qafqazın yaradılmasının başlanğıcıdır” – deyə Nərminə adında qız Frontlinedakı yazı barəsində öz hisslərini və fikirlərini bildirir.
“Cənubi Qafqazı birlik içində görmək istəyən insanların olması çox xoşdur. Ümid ediərəm ki, bir gün Qafqazda yaşayan millətlər arasında olan müharibə və nifrətə son qoyulacaq. Biz bir olmalı və bir-birimizi dəstəkləməliyik!”
Gürcüstan vətəndaşı olan Xarxeli də regionda sülh üçün böyük istəyi barəsində yazır.
“Əgər Gürcüstan, Azərbaycan və Ermənistandan olan insanlar burada dinc yanaşı yaşaya bilirlərsə, onlar hər yerdə yaşaya bilərlər. Bəlkə mən “xoşbəxt sonlara” inananlardanam”.
Layihəni davam etdirməyi və burada müxtəlif etnik köklü insanların dinc yanaşı yaşaya bildikləri haqqında nümunələri əhatə etməyi planlaşdıram, deyə Krikorian söylədi.
The original in English is here.




No comments
Jump to comment form | comments rss [?] | trackback uri [?]