Tsopi kənd məktəbinin üzləşdiyi problemlər
Dekabr 29, 2009 by Khanim Javadova
Tsopi kəndi Ermənistan sərhədindən bir neçə kilometr uzaqlıqdadır. Bu kənd Gürcüstanda yerləşsə də, əhalinin çoxu etnik Azərbaycanlılar və Ermənilərdirlər. Kəndin tarixçəsini heç kəs bilmir. Lakin kəndin qocamanlarının sözlərinə görə bu iki etnik qrup birlikdə burada uzun zamandan bəri problemsiz yaşamışdırlar. Əhalinin çoxu Gürcü dilini bilmirlər və biri-biri ilə Azərbaycan və ya Erməni dillərində ünsiyyət saxlayırlar.
Onların çoxusu bu məktəbin məzunlarıdır və bu məktəb Tsopidə 50 ildən artıq fəaliyyət göstərən yeganə məktəbdir. Amma, yardımın olmamasından nəticədə məktəbdə təcili sürətdə yenə də əsaslı təmir aparılmalıdır. Məktəbin koridor pencerələrində hətta şüşə yoxdur, divarlar çökmüş, taxta döşəmələr isə çürümüşdür. 7-ci sinif şagirdi Günel Orucova deyir ki, taxtalar çürüdüyü üçün şagirdlərin ayağı döşəməyə keçir.
Məktəbdə su gəlmir və sinif otaqlarının qapılarında çoxlu dəlik-deşik var, lakin çox az otaq yararlı olduğu üçün otaqların hamısından istifadə edilmir. Məktəbin direktoru Lətifə İbadova deyir ki, Gürcüstanın Təhsil Nazirliyi bütün məktəbi 2011-ci ildə tamamən təmir edəcəyinə söz verib. Kənddə elektrik enerjisi var, amma gaz gəlmir, bu səbəbdən də odun yandırmaqla isinməli olurlar. Bu il məktəb iki maşın odun və gaz maşını almaq üçün hökümətdən maliyyə yardımı alıb.
Şagirdlərin başqa bir problemi dərsliklərdir. Bu ildən başlayaraq şagirdlər kitabları Gürcü dilində almalıdırlar. Bundan əvvəl dərsliklər pulsuz verilirdi, amma indi isə 6-15 Lari qiymətədirlər. Baxmayaraq ki, Tsopi əhalisi Gürcü dilini bilmir, onlar yenə də bu kitabları almalıdırlar. Gürcü dilini bilməmə gələcəkdə şagirdlərə iş tapmaq üçün çətinlik yaradır. Bu çətinliklər olsa da belə, məktəbin şagirdləri biri-biri ilə mehribandırlar. Ermənilər Azərbaycan dilini, Azərbaycanlılar isə Erməni dilini bilirlər.
12 yaşlı 7-ci sinif şagirdi Vasili Petrosyanın üç Azərbaycanlı dostu var. Onlar bir-birinin evinə qonaq gedirlər və birlikdə oynayırlar. Günel Orucovanın dörd Erməni dostu var və onlar bəzən ev tapşırıqlarını birlikdə edirlər və meşəyə gəzməyə gedirlər. Buna baxmayaraq, bu kənddə Gürcü dilini bilməmə böyük problemlər yaradır, amma şagirdlər dili öyrənməyə çalışırlar. Vasili Petrosyan iki dil – Azərbaycan və Erməni dillərini – bilir. İndi isə Gürcü dilini də öyrənmək istəyir.
Tsopi kənd məktəbində 80 şagird təhsil alır və burada dərslər iki dildə - Erməni və Azərbaycan dillərində - şagirdlərin 64 nəfəri Azərbaycanlı və 16 nəfəri Erməni olmaqla aparılır. Müəllimlər həm Erməni, həm də Azərbaycan mənşəlidirlər, lakin məktəbin direktoru İbadovanın sözlərinə görə dərslərdə davamiyyət məktəbin üzləşdiyi problemləri həll etmək üçün tələb olunan büdcə resursların kifayət qədər olmamasından getdikcə azalır. Məktəbin büdcəsi hətta 23 müəllimin əmək haqqlarını ödəmək üçün yetərli deyil. Bu səbəbdən onlar Təhsil Nazirliyindən əlavə olaraq yardım alırlar.
Maliyyə probleminin digər səbəbi sadəcə olaraq kənddə gənc ailələrin qıtlığıdır. Gənclərin çoxu tez və ya gec nə vaxtsa buranı tərk edirlər.
Mətn - Xanım Cavadova, Foto – Onnik Krikorian. Etnik Ermənilərin və Azərbaycanlıların Gürcüstanda dinc yanaşı yaşaması haqqında Podcast məruzə yaxın zamanda Transitions Online-da mövcud olacaq. Yaxın günlərdə və həftələrdə hazırkı bloq səhifə sentyabr ayında keçirilmiş qısa sərhədyanı tədbirin davamı olaraq yeni mediya və sosial şəbəkə vasitələtinin nümunəsi olan tarixçələri, fotoşəkilləri və videoyazıları əks etdirəcək. Bizi @caucasusproject izləyin.
The original English is here.
- Published:
- 06.08.10 / 2pm by Onnik
- Category:
- Armenia, Azerbaijan, Blogs, Diaspora, Nagorno Karabakh, Regions






No comments
Jump to comment form | comments rss [?] | trackback uri [?]