Qafqaz: Birləşdirən Müxtəliflik

hands

Üç həll edilməmiş münaqişələrin olduğu və yerli medianın senzuradan keçirildiyi bir vaxtda, Cənubi Qafqazda yaşayan etnik qrupların ölkələrinin münaqişədə olmasına baxmayaraq dinc yanaşı yaşamasını işıqlandıraraq stereotiplərə üstün gəlməyə yönələn online layihə barəsində bloqlar öz rəylərini şərhlərlə bildirirlər. Layihə Global Voices Online-nın Qafqaz üzrə redaktoru ilə birlikdə Azərbaycandan və Gürcüstandan olan bloqqerlər və jurnalistlər tərəfindən həyata keçirilmişdir.

Bu vaxtdan etibarən və Transitions Online’s Steady State saytında əksini tapmış bir sıra bloq yazılarından sonra, bir çox digər bloqqerlər də layihə bərasində öz mövqelərini bildirdilər.

Ianyan adlı ingilis dilli erməni bloq-online jurnalı ətraflı bloq yazısında qeyd edir ki, layihənin nəticəsi etnik bölgülərlə və tarixi fərqliliklərlə parçalanan bir regionda ümid üçün səbəbdir.

Ermənistanla sərhəddə yerləşən Tsopi adlı Gürcüstan kəndində 80 şagird suyu və elektrik enerjisi olmayan yarımsökülmüş məktəbdə təhsil alırlar. Belə bir səhnə dünyanın bir çox yerlərində qeyri-adi olmasa da, burada təhsil alan etnik Azərbaycanlı və Erməni olan şagirdlər sizi təəccübləndirə bilər. Ermənilər Azərbaycan dilində, Azərbaycanlılar Erməni dilində danışırlar. Uzun sürən müharibə və düşmənçilik illərindən sonra, belə bir dinc yanaşı yaşama bu iki etnik qrup üçün utopik bir xəyal kimi görünür.

[…]

Tarixləri ilə yüklənən iki etnik qrupun biri-biri ilə ünsiyyətdə ola və dinc yanaşı yaşaya biləcəkləri bir yerin olması faktı ümid üçün yer verir. Bu ümidi Transitions Online-nın yazılarında edilən şərhlərdən də görmək olar.

Layihənin əsas səbəbkarlarından biri Azərbaycanlı regional təhlilçi və bloqqer Arzu Qeybullayeva layihənin axırıncı mərhələsi barəsində öz fikrini bildirir.

Bu [layihə] iki ölkə və burada yaşayan insanlar arasında dialoqun, hətta güclü bağların qurulması üçün təkan ola bilər. Belə səfərlər onu sübüt edir ki, dinc yanaşı yaşama mümkündür və belə əməkdaşlığın və dinc yaşamanın baş tutması üçün insanlar tərəfindən yalnız səy və iradə tələb olunur. Bəlkə, Dağlıq Qarabağ münaqişəsini danışıqlarda tuz kartı kimi istifadə etməni dayandırmaq və iki ölkənin insanları arasında düşmənçiliyin qarşısı almaq vaxtı gəlib çatıb. Bunları belə təşəbbüslərlə əvəz etmək lazımdır.

Yeni media təlimçisi, qocaman jurnalist, BBC, CNN and Al Jazeera-nın keçmiş online redaktoru və məsləhətçisi işləmiş David Brewer qeyd edir ki, layihə regionda online alternativ səslərin oynaya biləcəyi rolun bir nümunəsidir.

Yeni və sosial medianı bir araya gətirən online layihə Cənubi Qafqazda yaşayan etnik qruplar arasında qarşılıqlı anlaşmanı gücləndirmək məqsədi daşıyır.

[…]

Ənənəvi media arasında bəziləri belə təşəbbüslərin doğurduğu imkanları alqışlayır. BBC Global News-un Direktoru Richard Sambrook deyir ki, bloqqerlər dəyərli rol oynayırlar.

[…]

“Sosial media cəmiyyətdə və ya siyasətdə müstəqil baxışın formalaşması üçün əhəmiyyətli dərəcədə vacib imkanlar yaradır. Vətəndaşlar həyatlarının necə göstərildiyini və təsvir edildiyini özləri, hər hansı siyasi və kommersiya müstəvisindən azad şəkildə, müəyyən edirlər.”

Yaxın günlərdə və həftələrdə hazırkı bloq səhifə sentyabr ayında keçirilmiş qısa sərhədyanı tədbirin davamı olaraq yeni mediya və sosial şəbəkə vasitələtinin nümunəsi olan tarixçələri, fotoşəkilləri və videoyazıları əks etdirəcək. Bizi @caucasusproject izləyin.

The original English, also translated into Portugese, Chinese, Bangla, Spanish and Russian, is available here.

Tsopi: Layihənin Azərbaycanlı və Gürcü iştirakçıları Gürcüstanın rayonlarında soyuq qış günündə uzun sürən məruzədən sonra əllərini isidirlər. © Onnik Krikorian / Oneworld Multimedia 2009



    follow me on Twitter







     
     

     
    Global Voices Citizen Media Summit 2008 in Budapest

    Global Voices Online: Caucasus









      www.flickr.com
      This is a Flickr badge showing public photos and videos from onewmphoto. Make your own badge here.
    Share on Facebook