Tsopi: etnik fərqliliklərə baxmayaraq harmoniya

woodDekabr 29, 2009 by Vusala Alibayli

Yaxşı yol, yaxşı yol” - Susanna Petrosyan öz qonaqları ilə Azərbaycan dilində sağollaşır…

Onlar Marneuli, Gürcüstanda bir az uzaqlıqda yerləşən Tsopi adlı kənddə yaşayırlar. Onun ailəsində üç kişi var, amma hər biri işsizdir. Onlar donuz əti və meşə odunları satmaqla gündəlik 20 Lari – təqribən 11$ qazanırlar. Petrosyan söyləyir ki, onlar hər ay üç dəfə meşəyə gedirlər.

“Mənim cibimdə heç bir tetri də yoxdur”

Oxşar problemlər digər etnik qruplar arasında da yaşanır. Mustafa, kəndin ağası, kənddə 160 ailənin qaldığını söyləyir. “Yunanlar, Gürcülər və başqa ailələr kəndi tərk ediblər”- o, deyir, və kənddən getmələrinin səbəbini işsizlikdə görür.

Əhmədov Faiqin iki övladı var. O söyləyir ki, onlar onun atasının aldığı 100 Lari məbləğində (təqribən 60$) aldığı pensiya ilə dolanırlar.

“Mən cavanam – 34 yaşım var var – amma cibimdə bir tetri də olsun yoxdu. Əgər məni biri evinə qonaq çağırırsa, dostumgilə qonaq getmək üçün bir qutu şokolad ala bilmirəm” – deyə Əhmədov gileylənir. O, Tsopidən Bakıya getmək istəyir və Bakıda iş tapmağa ümid edir.

“Onlar bulağın bir tərəfində, biz isə digər tərəfində yaşayırıq…”

Mustafa söyləyir ki, kəndin 60-70 faizini etnik Azərbaycanlılar təşkil edir və qalan faizə isə etnik Ermənilər daxildir. Onların birlikdə yaşadığı bir çox yerlər var.

“İndiyə kimi biz Azərbaycanlılar, Ermənilər və Gürcülər arasında heç bir probləm yaşamamışıq. Biz bir-birimizin toy məclislərinə, bayramlarına gedirik. Hətta mən bir Erməni ilə erməni dilində danışarkən o, mənə azərbaycan dilində cavab verdi. Bizim aramızda problem yoxdur, biz birik və belə də qalacağıq. Qalan problemlər siyasidir və adi insanlarla əlaqəsi yoxdur. Mən Tsopidə və digər kəndlərdə yaşayan Ermənilər ilə çox razıyam”.

couple

Etnik Azərbaycanlı kişi və etnik Erməni qadın

Buna baxmayaraq, 39 yaşlı İlham Eyvazov söyləyir ki, etnik qruplar kənddə ayrı-ayrılıqda yaşayırlar.

“Burada bulaq var və onlar bulağın bir tərəfində, biz isə digər tərəfində yaşayırıq” , İlham deyir.

Lakin, Faiq Əhmədov bununla razılaşmır və söyləyir.

“Bazarın yanında bir bina var, Ermənilər onun birinci mərtəbəsində, Azərbaycanlılar isə ikinci mərtəbəsində yaşayırlar. Onlar hamısı birlikdədir. Yeganə mövcud olan bu küçədir ki, burada yalnız Azərbaycanlılar yaşayır”.

“Birgə nigah? Niyə də yox?”

Beş ay əvvəl Susanna Petrosyanın oğlu evləndi. Toyda qonaqların əlli faizi onun Azərbaycanlı qonşuları idi.

“Biz birlikdə dostluq içində yaşayırıq, lakin bizim aramızda etnik-arası nigah hələ ki, yoxdur”, o, deyir, və qeyd edir ki, bu əvvəldən belə idi və ənənə olaraq davam edir.

Buna baxmayaraq, o söyləyir ki, onun oğlu etnik Azərbaycanlı qızı ilə ailə qursaydı, o buna etiraz etməzdi. “Biz yaxşı münasibətdəyik” deyə vurğulayır və onun evinin yaxınlığındakı Azərbaycan ailəsinin yaşadığı evi göstərir.

“Onlar mənim qonşumdurlar və onlar Azərbaycanlıdırlar. Biz Yeni İli bir-birimizin evində keçirdəcəyik”, Petrosyan deyir.

Tsopidə yaşayan Azərbaycanlılar da eyni ilə bunu deyir – digər millətdən olan oğlan və ya qızı ilə evlənmək burada adət deyil. Lakin, Faiq Əhmədov deyir ki, bununla belə Azərbaycanlılar və Ermənilər bacı-qardaş kimidirlər.

“Məsələn, əgər mənim oğlum Erməni qızı ilə evlənmək istəsə, mən buna etiraz etmərəm. Əgər onun ailəsi mehribandırsa, niyə də yox? Nə olsun ki, onlar Ermənidirlər? Pis adam hər yerdə var” o deyir.

O, həmçinin onu söyləyir ki, ehtiras tamamilə başqa bir şeydir. Millətlər arasında fərqə baxmır.

ethnic-azeri-0001

Mətn – Vüsalə Əlibayli, Foto – Onnik Krikorian. Etnik Ermənilərin və Azərbaycanlıların Gürcüstanda dinc yanaşı yaşaması haqqında Podcast məruzə yaxın zamanda Transitions Online-da mövcud olacaq. Yaxın günlərdə və həftələrdə hazırkı bloq səhifə sentyabr ayında keçirilmişqısa sərhədyanı tədbirin davamı olaraq yeni mediya və sosial şəbəki vasitələtinin nümunəsi olan tarixçələri, fotoşəkilləri və videoyazıları əks etdirəcək. Bizi @caucasusproject izləyin.

Original English is here.



    follow me on Twitter









     
     

     

    Global Voices Online: Caucasus







    Share on Facebook