Cənubi Qafqazda sülhə bağlanan ümidlər

tsopi-armeniansDekabr 29, 2009 by Dodka

Mən Gürcüstan vətəndaşıyam.

Mən burada anadan olmuşam və burada böyümüşəm. Buranın sərhədlərini heç vaxt tərk etməmişdim, iki il əvvələdək. Ermənistan və Azərbaycan arasında münaqişə barədə eşitmişəm, amma onu heç vaxt hiss etməmişəm.

Səbəb?

Hər gün küçədə oynayan uşaqlar görürəm. Onların bəziləri etnik Gürcü, bəziləri Azərbaycanlı, bəziləri isə Ermənidirlər.

Onlar gizlən-qaç oyununu oynayırlar. Bəzən dalaşırlar. Hətta dalaşdığı vaxt, onlar ağlayaraq valideynlərin yanlarına qaçanda da sabahısı gün onların yenidən birlikdə oynadığını görürəm.

Mən onların hər gün birlikdə getdiyi məktəbi görürəm. Bu məktəbdə onlar oxuyurlar, hətta bəzən imtahanlarda cığallıq edir bir-birinə kömək edirlər.

Mən onların aşiq olduğunu, evləndiyini, uşaq sahibi olduqlarını, boşandıqlarını görürəm. Və ya onların ömürlərinin sonlarına kimi birlikdə olmalarına şahid oluram (“xoşbəxt sonlara” inanlar üçün).

Mən Marneulinin bazarında Azərbaycanlı və Gürcü ilə eyni masa arxasında çalışan Erməni alverçisindən buradakı etnik qruplar arasında olan münasibətlər haqqında soruşduqda onun gözlərində təəccüb görürəm. Və bu təəccüblü deyil.

O,bizim bunu nə üçün soruşmağımıza təəccüblənir. Onların nə problemləri ola bilər? Onlar dostdurlar, onlar birlikdə çalışırlar.

azeri-traders

Və bu həmçinin Tsofidə (Tsopidə), Gürcüstanın arxeoloji qazıntılarına görə tanınan Marneuli rayonunda yerləşən balaca kəndində də elədir. Bəziləri üçün Tsofi – müxtəliflik rəmzidir – burada etnik Azərbaycanlılar və Ermənilər birlikdə yaşayırlar.

Mehriban qadın bizim üçün kofe hazırlayaraq oğlunun toyu haqqında danışır:

“Qonaqların yarısı Azərbaycanlılar, yarısı isə Ermənilər idi”.

Tsofidə yaşayış şəraiti Gürcüstanın digər kəndlərində olduğu kimi bərbaddır. Lakin burada daha da pisdir, çünki burada insanların işləməsi və ya icarəyə götürməsi üçün torpaqları yoxdur. Əvvəllər onların yaşayışı daha yaxşı idi. Burada dağın ətrafındə daş qayırma yeri var idi və hətta Marneulinin daha böyük kəndi olan Sadaxloya ip yolu var idi.

Onlar işsizlik barəsində narazıdırlar. Lakin bir-biri barəsində heç vaxt narazı olmurlar.

“Hətta bügün Azərbaycan və Ermənistan arasında vəziyyət pis olsa da belə, biz birlikdə yaxşı yaşayırıq, biz dostuq, biz biri-birimizin evinə qonaq gedirik. Biz bir-birimizə söz vermişik: Qoy Azərbaycan və Ermənistan nə istəyirlərsə etsinlər, biz həmişə qardaş kimi yaşayacağıq!”

Kənddə yaşayan qadın öz Erməni qonşuları barəsində bunu söyləyir:

“Biz bir ailə kimiyik, biri-birimizin bayramlarını qeyd edirik. Onlar bizə qonaq gəlir, biz onlara qonaq gedirik” ( 38 yaşlı Azərbaycanlı qadın).

Sevil Huseynova, Cənubi Qafqaz Xalqları və Ölkələri Tarixindən müsbət misallar, Yerevan, 2009

Mən Cənubi Qafqazda sülh görməyə ümid edirəm.

Əgər Gürcüstan, Azərbaycan və Ermənistandan olan insanlar burada dinc yanaşı yaşaya bilirlərsə, onlar hər yerdə yaşaya bilərlər.

Bəlkə mən “xoşbəxt sonlara” inananlardanam.

Mətn və video – Dodi Xarxeli, Foto – Onnik Krikorian. Yaxın günlərdə və həftələrdə hazırkı bloq səhifə sentyabr ayında keçirilmişqısa sərhədyanı tədbirin davamı olaraq yeni mediya və sosial şəbəki vasitələtinin nümunəsi olan tarixçələri, fotoşəkilləri və videoyazıları əks etdirəcək. Bizi @caucasusproject izləyin.

armenian-in-tsopi-0002

Original English is here.



    follow me on Twitter







     
     

     
    Global Voices Citizen Media Summit 2008 in Budapest

    Global Voices Online: Caucasus









      www.flickr.com
      This is a Flickr badge showing public photos and videos from onewmphoto. Make your own badge here.
    Share on Facebook