Azərbaycan kənd toyuna gözlənilməz səfər
Bu bir xəyalın gerçəkləşməsi idi. Regional təhlilçi və superstar bloqçu Arzu Qeybullayevanı aylarca online olaraq tanımağıma baxmayaraq onunla nə vaxtsa canlı görüşə bilmək düşünülməz və ya mümkünsüz gəlirdi. Nəzərə alaraq ki, Arzu Türkiyə, İstanbulda və Azərbaycan, Bakıda işləyir və yaşayır, Ermənistanda yaşayan və erməni soyadını daşıyan birisi üçün hətta virtual dostları ilə şərqi qonşu ölkədə görüşə bilmək asan deyil.
Ermənistan və Azərbaycan 20 il sürən Dağlıq Qarabağ münaqişəsi yolunda aparılan sülh danışıqlarında hələ də razılığa gələ bilməyiblər. Bakıdakı hakimiyyət məsələnin müharibə yolu ilə həll olunması mövqeyində qalmaqda davam edərək, Ermənistanda və ya daha dəqiq Qarabağdakı etnik ermənilər arasındakı vəziyyət ideallıqdan uzaqdır. Hər iki ölkədən insanların biri-biri ilə neytral ölkədə görüşmələri hər iki ölkədə yaşayan çoxları tərəfindən arzuolunmaz kimi qəbul edilir.
Amma bura Cənubi Qafqazdır və təsəvvür etmədiyin belə baş verə bilər. Və bu baş verdi. Gürcüstan, Teləvidə gənc fəalçıların görüşü zamanı. Bu görüşdə mən yeni mediya modeli haqqında prezentasiya keçirirdim, Arzu isə Azərbaycan deleqasiyasının koordinatoru idi. Onu bazar gününün səhəri Tbilisi Beynəlxalq Hava Limanında qarşılayandan sonra Teləviyə gedən yol boyu iki saat ərzində nəhayət ki, üz-üzə söhbət etmək şansı oldu. Ən maraqlısı isə lap qabaqda idi.
Teləvidən 10 dəqiqə aralıqda təxminən 8,000 azərbaycanlının məskunlaşdığı Karacala adlı gürcü kəndi yerləşir. Arzu ilə Ermənistanda və Azərbaycanda mənfi stereotiplərə üstün gələ biləcək ənənəvi və yeni mediyaya dair ortaq bir layihə həyata keçirmək istədiyimiz haqqında tez-tez danışmağımızı nəzərə alaraq, bu kəndə səfər bizə bu layihələrimiz yolunda işlər görmək üçün yaxşı fürsət idi. Amma yeganə gözləmədiyimiz o oldu ki, biz özümüzü etnik azərbaycanlı toyunda tapmış olduq.
Video Interview with Arzu Geybullayeva from Onnik Krikorian on Vimeo.
Arzu Qeybullayevanın Karacalayla bağlı məqaləsi çəkdiyim fotolarla birlikdə Osservatorio Balcani e Caucaso online nəşrində işıq üzü görəcək. Bundan başqa biz hər ikimiz öz şəxsi bloqumuzda səfər barədə ətraflı yazacayıq. Hələlik isə aşağıda qoyulmuş tez-tələsik dünən axşam hazırladığımız audio slideshow-nu izləyə və dinləyə bilərsiniz. Yaşadığımız təcrübə doğurdan da bir xəyalın gerçəkləşməsi idi. Arzu ilə Skype-da Global Voices Online üçün keçirdiyim müsahibə bu səfərdən bir az əvvəl olsa da, mən heç ağlıma gətirə bilməzdim ki, biz nəinki bir gün görüşəcəyik, hətta işləyə biləcəyik.
Ümid edirəm ki, bu səfər axırıncı deyil, axarıncı olacaq.
The original in English is here.
- Published:
- 06.07.10 / 12am by Onnik
- Category:
- Armenia, Azerbaijan, Blogs, Georgia, Nagorno Karabakh, Regions


No comments
Jump to comment form | comments rss [?] | trackback uri [?]