Cənubi Qafqazda mənfi stereotiplərə üstün gələrək

azeri mosqueTiflis-Gürcüstanın paytaxtı- bəlkə də Cənubi Qafqazın mədəniyyət şah damarı. Hər dəfə Tiflisi ziyarət etmək mənə böyük zövq yaşadır, çünki Tiflis yeganə şəhərdi ki, harada Ermənilər, Azərbaycanlılar və Gürcülər əsrlər boyu sürən qarşıdurmaya və post-Sovet dövründə yaranan insanlar arasında münaqişəyə baxmayaraq dostcasına görüşə bilirlər. Yuxari Qarabağ üzərində dondurulmuş münaqişəni nəzərə alaraq Ermənilər və Azərbaycanlılar üçün bu xusisilə həssas və həqiqət dolu məqamdır.

Qonşu Azərbaycanın sərhədində yerləşən və əhalisinin əksəriyyəti etnik Ermənilər olan Qarabağ Sovetlər Birliyinin dağılmasına təsadüf edən və bəlkə də dağılmasının başlanğıcını qoyan bir çox qızğın münaqişələrin ən ilki olmuşdur. 25.000-dən çox insan həlak olmuş, hər iki tərəfdən milyonlarca insan yaşadığı yerləri tərk etməli olmuş, Azərbaycan isə 1994-cu ildə imzalanmış atəşkəs sazişi dövrü üçün ərazisinin 16 % -i itirmişdir. Lakin regional analistlər və beynəlxalq cəmiyyət təəssüflə güman edir ki, müharibə nə zamansa yenə başlaya bilər.

Son sülh sazişinin bağıanmasına nail olunması yolunda bir çox addımlar atılmış, lakin bu addımlar hər iki tərəfdən olan milliyətçilər və siyasi qüvvələrin yürütdüyü “iki etnik qrup heç bir zaman dinc yanaşı yaşaya bilməz” prinsipi ilə demək olar ki, qüvvədən salınmışdır. Tarix barədə subyektiv fikiryürütmələr və təhlillər daha da iki tərəf arasında vəziyyəti çıxılmaz etmiş və tərəflər arasında kompromisin yaranmasını imkansız etmişdir. Lakin belə qarşıdurma Ermənilərin və Azərbaycanlıların Gürcüstanda dinc yanaşı yaşaya bilmələrinin yanında çox gülünc görünür.

The full post is available on Transitions Online’s Steady State.



    follow me on Twitter









     
     

     

    Global Voices Online: Caucasus







    Share on Facebook